Koronavirusdan yalnız bu yolla xilas ola bilərik - VİDEO

Koronavirusdan yalnız bu yolla xilas ola bilərik - VİDEOTarix boyu ən ölümcül epidemiyalar var olub və görünən odur ki , zaman-zaman olmağa da davam edəcək. Demək olar ki, bütün pandemik xəstəliklərə kütləvi peyvəndləmə ilə qalib gəlinib.
BiG.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirus pandemiyasını da ancaq peyvəndlə nəzarət altına almaq mümkündür.

İnfeksionistlər deyir ki, peyvənd olunan şəxslər daşıyıcı olmurlar. Bu da epidemiyanın kökünü kəsməyə imkan yaradır. Üstəlik vaksin olunanlar üçün müəyyən imtiyazlar nəzərdə tutulur.

Milyonlarla insanın həyatını itirdiyi bu pandemik xəstəliklər peyvənd sayəsində tarixdən silindi və nəzarət altına alındı. Adları,əlamətləri fərqli olsa da hamısı 100 minlərlə,milyonlarla insanın ölümünə səbəb olub. İndi müasir dünya karonavirus pandemiyasından əzıyyət çəkir. Dünyada bu virusdan ölənlərin sayı artıq 3 milyona çatır. Bütün böyük pandemik xəstəliklər kimi koronavirusun da hələki bilinən ən effektiv çarəsi vaksindir.

Azərbaycan kaoronovirus infeksiyasının qarşısını almaq üçün peyvənd təşəbbüsünə qoşulan ilk ölkələrdəndir. Artıq ölkə əhalinin 10-faizdən çoxu peyvənd olunub. Lakin bu rəqəmlər hələ ki qanedici sayıla bilməz. Yoluxma sayının hər gün 2 min nəfərdən çox olması təhlükənin hələ bitmədiyindən xəbər verir.

Buna görə də xüsusilə ictimai-iaşə,xidmət sahəsində çalışan yoluxmaq və yoluxdurmaq riski yüksək olan şəxslərin vaksinasiyası mütləqdir. Çünki, insanlarla mütəmadi ünsiyyətdə, təmasda olan bu şəxslər virusun əhatə dairəsini kəskin şəkildə genişləndirə bilərlər.

İnfeksionist Vüqar Cavadzadə deyir ki, xüsusilə ölüm hallarının qarşısını almaq üçün vaksinasiya çox böyük rol oynayır.

Peyvənd olunan şəxslər koronavirusa qarşı imunnitet qazanmaqla yanaşı bir sıra imtiyazlar da əldə edə bilərlər.Bu təcrübə bəzi ölkələrdə artıq tətbiq edilir. Məsələn, ABŞ-da peyvənd olunmuş şəxslərdən maska taxmaq tələb olunmur.

Ölkəmizdə də vaksin olunmuş şəxslərə bəzi güzəştlərin edilməsi nəzərdə tutulur. Yenidən sərt rejiminə keçilərsə SMS-ilə evdən çıxmaq və səyahət kimi məhdudiyyətlər onlara şamil olunmaya bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 770   Tarix: 11 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş