Koronavirusa yoluxan Aytən Səfərovadan XƏBƏR VAR

Koronavirusa yoluxan Aytən Səfərovadan XƏBƏR VARKoronavirusa yoluxan aparıcı Aytən Səfərova yüksək təzyiqdən əziyyət çəkdiyini deyib.

Aytən Səfərova İnstaqamda video paylaşaraq bu sözləri qeyd edib:

"Hazırda yüksək təzyiqdən əziyyət çəkirəm. Bu məni çox narahat edir. Evdə həkim nəzarətindəyəm. Təzyiq mənə pis təsir edir. COVID 19-a yoluxanlar bilirlər ki, bu virus qanı qatılaşdırır. Ona görə də xəstələrə qandurulducu vasitələr vurulur. Qanım qatı idi. Nəticə etibarı ilə bu problemlər məndə təzyiq problemləri yaradıb. Təzyiqim yuxarı qalxır, aşağı düşür. Ayağa qalxdıqda sanki hər şey üstümə gəlir. Bir ara düzəldim, amma indi fəsadlarını hiss edirəm. Ona görə həkimlərimiz sağ olsunlar, məni nəzarətdə saxlayırlar. Ümid edirəm ki, yaxın dörd-beş gün ərzində sağalacam və tezliklə ayağa qalxacam. Bir az öskürək qalıb, bu da COVID- 19-dan sonra olan bir haldır. Həyat yoldaşım və mən kəfəni yarıb çıxdıq, hazırda qaynanam Abşeronda modul tipli xəstəxanadadır. Dəstək olan hər kəsə təşəkkür edirəm".(moderator.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6606   Tarix: 10 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş