Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olunduGürcüstan hökuməti 10 aprel tarixində bütün ölkə ərazisində bir günlük matəm elan edib.

"Sputnik Gürcüstan" xəbər verir ki, bu, Abxaziya ərazisində dörd yerli vətəndaşın ölməsi ilə əlaqədardır.

İki qadın və iki kişi aprelin əvvəlində İnquri çayını keçərkən onlarla əlaqə kəsilib.

Həmin şəxslərdən üçünün cəsədi aprelin 7-də tapılıb. Dördüncü şəxsin meyiti isə dünən axşam Gürcüstanın qərbində, Orsantiya kəndi yaxınlığında aşkar edilib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1250   Tarix: 10 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş