Paxıllıqdan CANLI YAYIMDA "Gözəllik kraliçası"nın tacını başından çıxartdı - HƏBS OLUNDU - VİDEO

Paxıllıqdan CANLI YAYIMDA "Gözəllik kraliçası"nın tacını başından çıxartdı - HƏBS OLUNDU - VİDEO2019-cu ildə Şri Lankada evli qadınlar arasında keçirilən gözəllik yarışmasında uduzan qadın paxıllıqdan 2021-ci ilin qalibinin başından tacını çıxardıqdan sonra həbs olunub.

BiG.AZ xəbər verir ki, bu barədə "Agence France-Presse" yazır.

Hadisə aprelin 4-də, canlı yayımlanan "Miss Sri Lanka" gözəllik müsabiqəsi zamanı baş verib.

Belə ki, müsabiqənin qalibləri elan olunan zaman səhnəyə "Miss Sri Lanka-2019" Karolina Curiye çıxıb və bildirib ki, yeni qalib Puşpika De Silva boşanmış olduğu üçün qaydaları pozub və müsabiqədə iştirak hüququna malik deyil.

Bundan sonra Curiye De Silvaya yaxınlaşaraq onun tacını başından çıxarıb və digər iştirakçıya verib.

De Silva göz yaşları içində səhnəni tərk edib, daha sonra isə özünün "Facebook" səhifəsində baş xəsarəti ilə xəstəxanaya yerləşdirildiyini bildirib.

İki gün sonra müsabiqənin təşkilatçıları mətbuat konfransı keçirərək elan ediblər ki, Curiyenin ittihamları təsdiqlənməyib. De Silva yoldaşından həqiqətən ayrılmış olsa da, rəsmi nigahları hələ də qalmaqdadır. Bu səbəbdən qaydalar pozulmamış sayılır.

Bundan sonra onlar De Silvadan üzr istəyərək əlindən alınan tacını geri qaytarıblar.

Aprelin 8-də Curiye və tacı çıxarmaqda ona kömək edən rəfiqəsi Çula Manamendra həbs olunublar.

De Silva ona iddianı geri çəkmək üçün hər kəs qarşısında üzr istəməyi təklif etsə də, Curiye imtina edib.

Qeyd edək ki, 28 yaşlı Karolina Curiye "Mrs. Sri Lanka 2019" və "Mrs World 2020" yarışmalarının qalibidir. 31 yaşlı Puşpika De Silva isə 2011-ci ildə "Miss World Sri Lanka" müsabiqəsinin qalibi olub.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1734   Tarix: 10 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197