Dubayda çılpaq foto çəkdirən qızlar həbs olundu - VİDEO

Dubayda çılpaq foto çəkdirən qızlar həbs olundu - VİDEODubayda bir otelin eyvanında çılpaq fotosessiyada iştirak edən qızlar həbs olunub.

Lent.az-ın xaric mediaya istinadla verdiyi xəbərə görə, bundan əvvəı qızların Birləşmiş Ərəb Əmirliklərindən deportasiya ediləcəyi bildirilirdi.

İndisə ilkin məlumata görə, modellər həbs ediliblər.

"Saxlanılanların hamısı pornoqrafik materialların saxlanması, istehsalı və yayılmasıda günahlandırılır. Dubay prokuroru saxlanılan qızların Ukrayna və Moldova vətəndaşlığı olduğunu açıqlayıb. İlkin məlumata görə, porno material İsrailin porno saytı üçün çəkilirmiş", - məlumatda vurğulanır.

Xatırladaq ki, aprelin 3-də çılpaq modellər Dubayda hotellərin birinin eyvanında fotosessiya etdiriblər və yerli hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən həbs olunublar. Fotolar və çarxlar az sonra sosial şəbəkədə yayılıb və ciddi rezonansa səbəb olub.

Ümumilikdə 40 qadın saxlanılıb. Onların arasında Belarus vətəndaşlarının olduğu da bildirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3414   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş