Ağdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildi

Ağdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildi"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının və vətənimizin müdafiəsi uğrunda şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Bakı Dövlət Universitetinin dosenti Ələmdar Cabbarlı Kəlbəcər rayonunun Ağdaban kəndində erməni vandalları tərəfindən törədilən qanlı cinayət haqqında məlumat verib. Bildirib ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdərə rayonunun Çapar kəndi istiqamətindən Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum etmiş, 130 evdən ibarət kənddə xalqımıza qarşı soyqırımı cinayəti törətmişlər. Hadisə zamanı onlarla insan xüsusi amansızlıqla qətlə yetirilmiş, diri-diri yandırılmış, onların bədən üzvləri kəsilib-doğranmışdır. Xüsusilə uşaqları, qadınları və yaşlı insanları hədəf seçən erməni quldurları insanlar arasında qorxu və vahimə hissini daha da artırmaq üçün kəndi tamamilə yandırmış və qarət etmişlər. Eyni zamanda, qanlı cinayət zamanı klassik Azərbaycan ədəbiyyatının ustad sənətkarı ağdabanlı şair Qurbanın və onun oğlu XX əsr ədəbiyyatımızın və aşıq sənətinin görkəmli nümayəndəsi Dədə Şəmşirin zəngin arxivi və nadir əlyazmaları tamamilə yandırılaraq məhv edilmişdir. O da diqqətə çatdırılıb ki, Aşıq Şəmşir nəslindən 15 nəfər məhz həmin faciənin qurbanlarına çevrilib.

Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, kitabın "Ön söz" müəllifi, akademik Teymur Kərimli, AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı, şair Musa Urud, Milli Məclisin deputatı Aqil Məmmədov, Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı çıxış ediblər.

Ağdaban hadisələrinə ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini qeyd edən tədbir iştirakçıları 29 ildən sonra ilk dəfə soyqırımı qurbanlarının xatirəsini qalib xalq olaraq yad etdiyimizi vurğulayıblar. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və parlaq qələbə ilə yekunlaşan Vətən müharibəsindəki zəfərimizlə 30 ilə yaxın davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Bu şanlı Qələbəmiz, eyni zamanda, Ağdaban soyqırımını törədən canilərin də üzərində tarixi zəfərdir.

Sonra tədbir çərçivəsində Milli Məclisin deputatı, filologiya elmləri doktoru Jalə Əliyevanın "Müqəddəs ocağın yadigarları" kitabının təqdimatı keçirilib. Zəngin arxiv materialları, sənədlər əsasında qələmə alınmış kitabda qədim Oğuz yurdu Kəlbəcərin tarixi, toponimləri, zəngin təbiəti, fauna və florası haqqında geniş elmi araşdırmalara yer verilib. Miskin Abdaldan başlayaraq, ağdabanlı şair Qurban, Dədə Şəmşir, Qənbər Şəmşiroğlu və bu ocağın digər nümayəndələrinin yaradıcılığı izlənmiş, müqayisəli təhlillər aparılmış və ədəbiyyatşünaslıq baxımından bir sıra mühüm nəticələrə gəlinmişdir.

Kitabın müəllifi, professor Jalə Əliyeva bildirib ki, uzun müddət üzərində çalışdığı "Müqəddəs ocağın yadigarları" monoqrafiyasının təqdimat mərasiminin məhz Kəlbəcərin, eləcə də bütün torpaqlarımızın azadlığı şəraitində keçirilməsi böyük qürur hissi yaradır. O, bu sahədə tədqiqatlarını bundan sonra da davam etdirəcəyini vurğulayıb və həmin əsərlərdən birinin təqdimatının məhz Kəlbəcərdə baş tutacağına inamını ifadə edib.

Sonda çıxış edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Ağdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildiAğdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildiAğdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildiAğdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildiAğdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildiAğdabanın işğalı günü Jalə Əliyevanın Kəlbəcərə həsr olunmuş kitabı təqdim edildi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 566   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 561
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 457
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən BİG.AZ-a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinə

18.04.2024 280
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

10:02 391
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 306
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 260
.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 181
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 282
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 343