İslam Əməkdaşlıq Təşkilatı həmişə Azərbaycanı dəstəkləyib - AÇIQLAMA
"İslam Əməkdaşlıq Təşkilatı yanında Təmas Qrupunun üzvlərinin Azərbaycana səfərinin əsas məqsədi post-müharibə dövründə işğaldan azad edilmiş ərazilərindəki vəziyyətlə tanış olmaqdır"
BiG.AZ xəbər verir ki, Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif Bin Əhməd Əl-Osayminlə keçirilən birgə mətbuat konfransında deyib.
O bildirib ki, İƏT hər zaman Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Nazir qeyd edib ki, İƏT 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycana dəstək verib.
BiG.Az


Xəbərlər Baxılıb: 201 Tarix: 08 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş