Suqovuşanda polis əməkdaşı qəzaya düşdü

Suqovuşanda polis əməkdaşı qəzaya düşdüTərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 514   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş