Distant təhsil alan şagirdlər üçün "Wİ-Fİ" pulsuz olacaq? - AÇIQLAMA

Distant təhsil alan şagirdlər üçün "Wİ-Fİ" pulsuz olacaq? - AÇIQLAMAXəbər verdiyimiz kimi, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada keçirilir. Distant təhsil üçün isə sürətli internetin olması vacib şərtdir. Sakinlərin əksəriyyəti isə internetsizlikdən şikayətlənirlər.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlik rəsmisi BiG.AZ-a bildirdi ki, vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üçün mərhələli şəkildə işlər həyata keçirilir:

"Vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları tərəfindən mərhələli şəkildə bütün zəruri işlər həyata keçirilir.

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən Bakı və ətraf ərazilərdə yerləşən fərdi evlərdən ibarət yaşayış massivlərində "Evədək optika" layihəsinin icrasına başlanılıb. GPON (Gigabit Passive Network) texnologiyası əsasında tətbiq edilən bu layihə bir optik xətt üzərindən istifadəçilərin telefon, internet və televiziya xidmətlərinə qoşulmasına imkan yaradır. Texnologiya telefon xətlərindən asılılığın olmaması, 100 Mbit/s-ə qədər qoşulma sürəti və digər üstünlüklərə malikdir.Eyni zamanda "Baktelecom" məhdud infrastrukturlu Bakıətrafı ərazilərdə simsiz rabitə – LTE (Long Term Evolution) texnologiyası üzərindən sakinlərin rabitə xidmətləri ilə təminatını həyata keçirir. Təqdim edilən "Simsiz rabitə" xidməti ilə uzun zaman mövcud olan telefon çəkilişi və internet xidmətləri ilə təchizat çətinliyi aradan qaldırılır. İstifadəçilər "simsiz" şəbəkəni dəstəkləyən xüsusi avadanlıq əldə etməklə rabitə xidmətlərindən yararlana bilirlər. "Baktelecom" Bakı şəhəri üzrə köhnə və yeni tikililərdə optik şəbəkəyə keçidlə bağlı "Evədək optika" layihəsinin icrasını həyata keçirir. Görülən işlər çərçivəsində "Baktelecom"un inşa etdiyi 180 min mənzilə müasir standartlarla genişzolaqlı xidmətin ötürülməsinə imkan yaradılıb. Bölgələrdə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mərhələli şəkildə bütün zəruri işlər görülür.Belə ki, rabitə şəbəkəsi olan kənd və qəsəbələrdə yeni tikilən evlərin və genişlənən ərazilərin, habelə yeni salınmış yaşayış məntəqələrini telekommunikasiya xidmətləri ilə təmin etmək məqsədilə mövcud tutumun artırılması və xətt şəbəkəsinin tikilməsi istiqamətində tədbirlər görülür. Bu məqsədlə Biləsuvar, Zaqatala, Qazax rayonlarında və Şirvan şəhərində ONU (Optical Network Unit – Optik Şəbəkə Bloku) tipli avadanlıqlar quraşdırılaraq istifadəyə verilib.Bununla yanaşı, həyata keçirilən şəbəkənin müasirləşdirilməsi layihəsi çərçivəsində göstərilən xidmətlərin çeşidini və həcmini artırmaq üçün mövcud mis kabel xətləri fiber-optik xətlərlə əvəzlənir və GPON texnologiyası tətbiq edilir. Bildirmək istərdik ki, kəndlərdə köhnə tipli avadanlıqlar müasir avadanlıqlarla əvəz olunur, xətt şəbəkəsi təmir edilir, şəbəkənin genişləndirilməsi işləri aparılır. Proses hazırda da davam etdirilir.Görülən işlərin nəticəsi kimi, vətəndaşların telefon və internetlə təmin olunmasında artım müşahidə edilir. Eyni zamanda tələbatı nəzərə alaraq çevik telekommunikasiya şəbəkəsinin qurulması məqsədilə 4-cü nəsil simsiz rabitə texnologiyası – LTE tətbiq edilir. Artıq Sumqayıt şəhərinin ətraf ərazilərində, Abşeron rayonunun bir sıra yaşayış məntəqələrində və Xaçmaz rayonunun kəndlərində sakinlər internetlə yanaşı, digər multimedia xidmətlərindən də faydalana bilirlər.Qeyd edək ki, bütün regionlardan edilən müraciətlər qeydə alınır, sakinlərin telefon və internet xidmətləri ilə təmin olunması istiqamətində işlər davam etdirilir".

SAMİRƏ QASIMOVA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1065   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayramda milyonlar qazanacaqlar

Türkiyəli sənətçilər Ramazan bayramında konsert proqramı ilə çıxış edəcəklər. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənnilərin musiqili gecədən alacağı qonorar bəlli olub. Müğənnilər Gülşən 10 milyon lirə, Ajda Pekkan 8.5 milyon lirə, Ebru Gündəş və Sibel Can 7 milyon lirə, Bülent Erso

27.03.2024 246
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

16:26 0
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0