Kişi keçmiş arvadının intim fotolarını paylaşdı və... - Azərbaycanda ağlasığmaz olay

Kişi keçmiş arvadının intim fotolarını paylaşdı və... - Azərbaycanda ağlasığmaz olaySumqayıt şəhərində 1984-cü il təvəllüdlü Vidadi keçmiş arvadı Səbinəni (adlar şərti verilib – red.) intim görüntüləri ilə şantaj edib.

BiG.AZ "teleqraf.com"a istinadən xəbər verir ki, Vidadi əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Səbinə ilə 2018-ci ilin iyununda sonuncu Türkiyə Respublikasında olduğu vaxt "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradıb.

O, Səbinəyə birgə olduqları zaman çəkdirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotoşəkillər göndərib.

Vidadi həmin fotoşəkilləri keçmiş arvadının qohumlarına göstərərək yayıb rüsvay etməklə onu hədələyib və Səbindən 1350 manat pul göndərməsini tələb edib. Səbinə rüsvay olmamaq üçün onun tələbini qismən icra edib və bacısı vasitəsilə keçmiş ərinə 800 manat verib.

Vidadi hədə-qorxu ilə Səbinənin 800 manat məbləğində pulunu ələ keçirdikdən sonra yenə də əməlinə davam edib. Səbinə onun hədə-qorxularına qarşılıq verməyib.

Bundan sonra Səbinənin bacısı Vidadinin barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Vidadi Səbinənin bacısının hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verməsi ilə əlaqədar Səbinəni rüsvay etməklə qisas almaq məqsədi ilə "İnstagram" sosial şəbəkəsində özünün istifadəsində olmuş və 1000 nəfər tərəfindən izlənilən profilində birgə olduqları zaman müxtəlif yerlərdə və vaxtlarda çəkdirdikləri məlumatları paylaşıb.

İstintaq orqanı tərəfindən Vidadinin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi bildirib ki, əvvəllər ər-arvad münasibətlərində olduğu Səbinə ilə birgə olduqları zaman çəkdirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotoşəkilləri paylaşmaqda məqsədi olub:

"Məqsədim Səbinənin həmin şəkilləri "İnstagram"da görərək narahatlıq keçirməsi, mənimlə əlaqə yaradaraq pulumu geri qaytarmasına nail olmaq idi. Həmin şəkillərdə üzümü qaraltmağım ailəli olmağım ilə əlaqədar idi.

Şəkilləri təxminən 1300-1500 nəfər izləyicisi olan açıq profildə paylaşmışam. Dəqiq neçə nəfərin həmin şəkilləri gördüyünü bilmirəm.

Səbinədən məndən aldığı 10000 ABŞ dollarını qaytarmasını tələb etmişəm. Həmin pulları mənə qaytarmaq istəmədiyinə görə başqa yolum olmadığını gördüm.

Səbinənin mənimlə birlikdə yaxın münasibətdə olduqları vaxt çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə yaymaqla və qohumlarına göndərməklə hədələdim. Səbinə mənə bacısı vasitəsi ilə cəmi 800 manat məbləğində pul versə də, qalan pulunu qaytarmadı".

Vidadinin sözlərinə görə, 2018-ci ilin aprelində Səbinəyə verdiyi 10 min ABŞ dollarını hər il yay aylarında Nabranda icarəyə obyekt götürüb və 3-4 ay işlədərkən qazanıb:

"Səbinə verdiyim 10 min ABŞ dolları nağd şəkildə özü ilə birlikdə Türkiyə Respublikasına aparıb. Ona pulu mütəmadi olaraq görüşərək cinsi əlaqədə olduğumuz Bakı-Sumqayıt yolunda "Nizami" otelində təklikdə vermişəm.

Səbinəyə pul verməyimi onun yaxınları bilib. Lakin pulu təklikdə verdiyim üçün bunu özümdən başqa heç kim təsdiq edə bilməz.

Səbinəyə pulu Türkiyədən ucuz paltarlar göndərmək məqsədilə vermişəm. Ona həqiqətən mesajlar yazmışam. Lakin həmin mesajlarda Səbinəyə hədə-qorxu gəlməkdə məqsədim verdiyim 10000 ABŞ dolları məbləğində pulumu geri qaytarmaq olub.

Bu məzmunda ona hədə-qorxu gəldikdən sonra mənə olan borcunun 800 manatını qaytardı. Lakin borcun hələ də geri qalan hissəsini qaytarmayıb".

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Vidadi 3 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Vidadinin barəsində olan cəzanın sərtləşdirilməsini istəyib.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya protestinin dəlilləri araşdırılıb, sonda qərar elan olunub.

Prokurorun protesti təmin olunub və Sumqayıt şəhər Məhkəməsinin hökmü dəyişdirilib. Vidadi 2 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Vidadinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub. O, məhkəmə zalından həbs edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2170   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544