İlk olaraq BU ŞƏXSLƏR Qarabağa köçürüləcək - AÇIQLAMA

İlk olaraq BU ŞƏXSLƏR Qarabağa köçürüləcək - AÇIQLAMASentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın Şanlı qələbəsi ilə nəticələnib. Bu gün hər kəsi maraqlandıran məcburi köçkünlərimizin öz doğma dədə-baba yurdlarına nə zaman köçürüləcəyidir. Bu proses nə zamandan reallaşa bilər?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran Elman Nəsirov bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına köçürülməsi üçün ilk olaraq o ərazilərin minalardan təmizlənməsi və lazım infrastruktun qurulması lazımdır:

" Bu gün Ağdam Qafqazın ikinci Xrosiması adlandırırlar. Bu da təsadüfi deyil. Çünki Ağdamda demək olar ki, hər şey məhv edilib. Füzulidə qalib bayrağımızı asmaq üçün yer tapılmadı. İşğaldan azad olunan bütün ərazilərimiz erməni vandallarının vəhşiliyi nəticəsində yerlə yeksan edilib. 67 məscidimizin 1 və ya 2-si yarımcıq şəkildədir. Hətta xristian abidələrini belə məhv ediblər. Çünki o abidələr onlara aid olmayan Alban abidələridir. Erməni vandallarının işğaldan azad olunmuş ərazilərimizdə törətdiyi vəhşiliklər bütün dünyaya bəllidir. Bilirsiniz ki, məcburi köçkünlərin köçürülməsi məsələsində könüllük prinsipi əsas götürüləcək. Hətta sorğu da keçiriləcək. Amma ilk növbədə ehtiyacı olan, yararsız yataxanalarda və baxçalarda yaşayan məcburi köçkünlərimiz köçürüləcək.

Artıq Zəngilanın iki kəndində "Ağıllı kənd" layihəsi həyata keçirilir. O kəndlərin bərpasına başlanılıb. Sadəcə bu gün ərazilər minalandığı üçün bu işləri görmək mümkün deyil. Çünki ermənilər bu gün də bizimlə mina müharibəsi aparır. Mina təmizlənməyənə qədər məcburi köçkünlərimizin ora köçürülməsi mümkünsüzdür. Bu istiqamətdə işlər görülür. Vəsait və siyasi iradə mövcuddur. Xalqın böyük dəstəyi ortadadır. Minalar təmizləndikdən sonra ikinci böyük məsələ Ermənistanın Azərbaycana vurduğu ziyanın hesablanması və təzminatın alınmasıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1404   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş