Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə oldu

Azərbaycanda gənc 8-ci sinif şagirdini qaçırıb cinsi əlaqədə olduGədəbəy rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, rayonun Qumlu kənd sakini, 1999-cu il təvəllüdlü Ə.V-nin orta məktəbin 8-ci sinifində oxuyan və həmin vaxt 16 yaşı tamam olmamış T.M ilə cinsi əlaqədə olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə açılmış işin məhkəmə istintaqında maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, rayonun Söyüdlü kənd sakini olan, 2003-cü il təvəllüdlü T.M ilə Qumlu yaşayış massivində yaşayan Ə.V arasında sevgi münasibəti olub. Oğlanın ailəsi elçi gəlsə də, qızın ailəsi onun yetkinlik yaşına çatmamasını əsas gətirərək izdivaca razı olmayıb. Daha sonra Ə.V məktəbli qızı qaçırıb. Lakin qızın ailəsi onu geri qaytarıb. Bir müddət sonra isə qızın qardaşı bacısını istəyən Ə.V-ya zəng edərək gəlib bacısını qaçırmasını bildirib. Bundan sonra gənc oğlan sevdiyi qızı qaçıraraq əvvəlcə bacısının qayınanasıgilə, bir neçə saat sonra isə ata evinə aparıb.

Həmin günün gecəsi onlar qarşılıqlı razılıq və heç bir təzyiq olmadan cinsi əlaqədə olublar. Ailələr kiçik məclis keçirərək övladlarının evliliyinə xeyir-dua veriblər. Hadisədən təxminən 10 ay sonra ailədəki keçimsizlik səbəbindən yeniyetmə qız ata evinə qayıtmalı olub. O, 1 ay sonra ata evində qız övladı dünyaya gətirib.

Övladı dünyaya gəldikdən sonra Ə.V atası və anası ilə Söyüdlü kəndinə gələrək həyat yoldaşını və körpə övladını evlərinə aparıb. Lakin 1 ay sonra o, yenidən T.M və körpəni qayınatasının evinə gətirərək daha bir yerdə yaşamaq istəmədiyini bildirib.

Ə.V-nin yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olması, onu hamilə qoyması faktı üzə çıxdıqdan sonra Gədəbəy rayon Polis Şöbəsində onun barəsində cinayət işi açılıb.

Məhkəmə Ə.V-nin səmimi şəkildə ailə qurmaq istəməsini, cinsi əlaqədə olarkən bunun cinayət əməli ola biləcəyini bilməməsini, qarşı tərəfin barışığa razı olmasını və sair nəzərə olaraq onun barəsində 1 il müddətinə şərti cəza təyin edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2579   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137