"Qadınlıq təkcə saçla olmur"

"Qadınlıq təkcə saçla olmur"Ötən ilin sonunda başını keçəl edən türkiyəli müğənni Nez psixoloji problem yaşadığı ilə bağlı yazılan xəbərlərə sərt münasibət bildirib.

BiG.AZ xəbər verir ki, sənətçi hər şeyin qaydasında olduğunu deyib:

"Niyə bir kişi saçını uzadanda psixoloji problemi var demirik? Qadın saçını kəsdirəndə isə belə danışırıq. Məncə, bunu xanımlar özünə edir. Qadınlıq təkcə saçla olmur".

Qeyd edək ki, müğənni bir müddət əvvəl yeni albomu üçün imicini dəyişdiyini açıqlamışdı./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1835   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş