Elməddin seriallarına çəkdiyi aktyorlara ŞƏRT QOYDU

Elməddin seriallarına çəkdiyi aktyorlara ŞƏRT QOYDUAktyor Elməddin Cəfərov seriallarına çəkdiyi aktyorlara şərt qoyduğunu açıqlayıb.

BiG.AZ xəbər verir ki, sənətçi bu haqda "Söhbət var" proqramında danışıb. O bildirib ki, ekran işinə dəvət etdiyi sənət adamlarının digər seriallarda rol almasını istəmir:

"Onlara deyirəm ki, burada baş rolda çəkilirsən. Gedib başqa yerdə epizotik rolda yer almaq yaxşı deyil. Buranı da, oranı da vurursan. Bəzi dəyərlər var, onları qorumaq lazımdır".

Elməddin uğursuz biznesindən danışıb:

"Evimi təmir etdirmək üçün pul yığmışdım. Götürdüm pulla biznes qurdum, elektrik malları satılan yer açdım. Özü də "Bacanaqlar" serialının ən yaxşı, sevilən vaxtları idi. Dedim, aktyorluqdan gedirəm, biznesimlə məşğul olum. Elə bilirdim ki, çox qazanacam. 2 ay uzaqlaşdım, amma alınmadı, yenidən serialdan ikiəlli yapışdım. Həmin biznesdən mənə ancaq televizorlar qaldı. Vanna otağıma belə televizor qoşdurdum"./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2341   Tarix: 07 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş