"Pandemiya hər kəsə dərs oldu" - Tahir İmanov

"Pandemiya hər kəsə dərs oldu" - Tahir İmanovDünyada sürətlə yayılan virusun qarşısının alınması məqsədilə bir ildi ölkəmizdə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Bu siyahıya toy, nişan, şou-proqramlar, film çəkilişləri və s. də daxildir.

Son bir ildə xarici şou-biznes nümayəndələri ilə bağlı məlumatlara nəzər salsaq onların heç də toysuzluqdan, işsizlikdən gileylənmədiyini görərik. Lakin ölkəmizdə sənətçilər tez-tez maddi çətinlikdən və işsizlikdən şikayətlənirlər.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov bir ildən çoxdur pandemiya olsa da fəaliyyətini davam etdirdiyini deyib:

"Son bir ili hər kəs necə keçirdisə, məndə də eynisi oldu. Ümumiyyətlə, bu həyatda nə olursa, bizim xeyrimizədir. Pandemiya olsa da məndə həvəssizlik kimi hallar olmadı. Əksinə, biz dayanmadan işləyirik. Düzdür, fəaliyyətimiz hazırda yalnız kino istiqamətindədir, ancaq işləyirik, bu günümüzə şükür. Sənətçilərimiz maddi çətinlikdən gileylənirlər. Alternativ gəlir yerləri tövsiyə edənlər var, anlamıram, sənətçi gedib daş karxanasında işləməlidir, yoxsa "oboy" vurmalıdır?!"

Aktyor bir vaxtlar gündə bir neçə toyda, şou-proqramda iştirak edən ifaçıların indi gileylənməsini naşükürlük adlandırıb:

"Şou nümayəndələrinin bəziləri çox gileylənirlər. Dövlət onlar üçün hər cür şərait yaratmışdı. Baxmayaraq ki, hər gün toylara gedirdilər, pul qazanırdılar, amma əksər hallarda vergidən yayınırdılar. Bütün bu vergidən yayınma hallarına dövlət gözünü bağlayırdı, onlara dəymirdi. İndi belə bir vəziyyətdə gəlib gileylənmək düşünürəm ki, naşükürlük olar. Sadəcə pandemiyadan nəticə çıxarmalıdırlar və gələcəkdə gəlirlərini idarə etməyi bacarmalıdırlar. Toylardan yaxşı pul qazanırdılarsa, israf etməməli idilər. Həddən artıq israfçılığa yol verilirdi. Bunu mən demirəm, bizim maqazin verilişləri, xəbər saytları bu barədə yazırdı.

Tez-tez qarşımıza çıxırdı ki, filankəs pulunu filan şeyə xərclədi, onu aldı, bunu aldı... Fikrimcə, bu pandemiya hər kəsə dərs oldu. Mən heç kəsə dərs vermək fikrində deyiləm, nə də müəllim kimi görünmək istəyirəm. Əgər bunları deyirəmsə, həmin fikirlər mənim özümə də aiddir. Mən başda olmaqla, hər kəs gəlirinə diqqət etməli, israfçılığa yol verməməlidir. Düşünürəm ki, hər bir vəziyyətdən xeyir güdmək lazımdır, eləcə də pandemiyadan. Bu pandemiya hamımıza bir nəfər kimi dərs olmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1339   Tarix: 06 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Aqil M.Quliyev cinayətdən danışacaq

Rejissor Aqil M.Quliyev də bu mövsüm aparıcılıq edəcək. Axşam.az-a istinadən xəbər verir ki, rejissor "Xəzər TV" ilə işbirliyinə başlayıb. Onun proqramı "Cinayət və cəza" adlanır. Aqil.M.Quliyev cinyyət hadisələrindən bəhs edəcək. Qeyd edək ki, Aqillə yanaşı bu mövsüm Əməkdar artis

18.09.2021 2371
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310