Sevgilisi ilə dava edən gənc onu girov götürdü - VİDEO

Sevgilisi ilə dava edən gənc onu girov götürdü - VİDEORusiyanın Kemerova şəhərində 22 yaşlı gənc keçmiş sevgilisinin boğazına şüşə qırığı dirəyərək onu girov götürüb.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı kadrlar təqdim edib.

Bildirilir ki, gənc keçmiş sevgilisinin işlədiyi ticarət mərkəzinə gəlib, orada onların mübahisəsi düşüb. Sonda hiddətlənən gənc əlinin altındakı şüşə butulkanı sındırıb və qırığını qızın boğazına dirəyərək çıxmasını tələb edib. Şahidlər bunu görərək mühafizəçilərə xəbər verib.

Hadisə yerinə polislər cəlb olunub. Onlar gənclə danışıblar, birinci mərtəbəyə düşəndən sonra isə onun zərərsizləşdirə biliblər.

Qıza zərər dəyməyib.

Hadisə ilə bağlı "ölüm təhdidi" maddəsi ilə cinayət işi açılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 541   Tarix: 06 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş