Dünyanın ən uzun fatası ilə Ginnesin Rekordlar Kitabına düşdü - VİDEO
Kipr sakini Mariya Paraskeva dünyanın ən uzun fatasını tikdirərək Ginnesin Rekordlar Kitabına düşüb.
BiG.AZ xəbər verir ki, bu barədə "Hindustan Times" yazır.
Belə ki, Paraskevanın gəlinlik fatasının uzunluğu 6962 metrdir.
"Uşaqlıqda həmişə ən uzun fata ilə Ginnesin rekordunu qırmağı arzulamışam. Krujevalı fatanı tamamilə açmaq üçün mənə təxminən altı saat vaxt və 30 könüllü lazım oldu", - deyə gəlin bildirib.
Ginessin Rekordlar Kitabının rəsmi "İnstagram" səhifəsində Paraskevanın gəlinlik paltarında çəkdirdiyi video yer alıb.
Həmin paylaşım 70 mindən çox "ürək" toplayıb.
Natəvan Baxşiyeva
BiG.Az


Maraqlı Baxılıb: 677 Tarix: 06 aprel 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş