Mariya Stadnik Göygöldə - FOTO

Mariya Stadnik Göygöldə - FOTOGüləş yığmalarımız növbəti təlim-məşq toplanışına start verib.

Yunan-Roma, sərbəst və qadın güləşi üzrə millilərimiz Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

19-25 aprel tarixlərində Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və 6-9 mayda Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aprelin 10-dək davam edəcək hazırlıq prosesində üçqat Olimpiya mükafatçısı, ikiqat dünya və yeddiqat Avropa çempionu Mariya Stadnik də iştirak edir.

Mariya Stadnik Göygöldə - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 989   Tarix: 05 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş