Sağlam qidalanmaq istəyənlərə 4 SADƏ MƏSLƏHƏT

Sağlam qidalanmaq istəyənlərə 4 SADƏ MƏSLƏHƏTHindistanlı dietoloq Nmami Aqarval sağlam qidalanmaq istəyib, haradan başlayacaqlarını bilməyənlərə sadə məsləhətlər verib.

BiG.AZ xəbər verir ki, onun sözlərini "The Health Site" yazır.

Həkimin sözlərinə görə, əsas məsələ ac qalmamaq və hər dəfə zəiflik göstərdikdə özünü qınamamaqdır. Dietoloq hesab edir ki, insan zərərli bir şey yedikdə növbəti qida qəbulu zamanı faydalı nə isə yeməlidir:

"Həyat ondan zövq alaraq yaşamaq üçün verilib. Yıxıldıqda ayağa qalxdığınız kimi, qidalanmada da "büdrədikdə" sadəcə olaraq yenidən sağlam qidalar yeməyə başlamaq lazımdır. Əsas odur ki, zərərli yeməyi iki dəfə dalbadal yeməyəsən".

Dietoloq alkoqollu və qazlı içkilərdən tamamilə imtina etməyi tövsiyə edir. Əgər bu mümkün deyilsə, qısa və geniş qədəhlər əvəzinə uzun və naziklərindən istifadə etmək məsləhətdir.

"Bu qablarda mayenin həcmi eyni olsa da, beynimiz şaquli əşyaların ölçüsünü "daha çox" kimi qiymətləndirməyə meyllidir. Buna görə də uzun stəkanlardan siz daha az içirsiniz", - deyə dietoloq aydınlıq gətirib.

Aqarval, həmçinin, daha rahat olmaqlarına baxmayaraq, yarımfabrikat məhsullardan da tədricən imtina etməyi məsləhət görür. Onun sözlərinə görə, adi məhsullar həm daha faydalıdır, həm də arıqladır. Rasionda yalnız 10-20% yarımfbrikat yeməkləri saxlamaq olar.

Həkim qeyd edir ki, sağlam qidalanmaya keçid vaxt alır. İlk öncə düzgün qidalanma çətin görsənə bilər, lakin zamanla bu hiss mütləq keçəcək. Aqarval sağlam qidaları görünən yerə, zərərli qidaları isə bir az "uzaqlara" gizlətməyi tövsiyə edir. Onun sözlərinə əsasən, bu yolla rasionu dəyişmək nisbətən asan olacaq.

Daha öncə dietoloq Mariya Sirotina gecələr az yemək üçün sadə bir məsləhət verib. Belə ki, bol və balanslı səhər yeməyi gün ərzində aclıq hissinin qarşısını almağa və axşamlar az yeməyə kömək edir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 969   Tarix: 31 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş