Bananda qana bənzər rəng dəyişikliyinin səbəbi nədir? - İNANMAYACAQSINIZ

Bananda qana bənzər rəng dəyişikliyinin səbəbi nədir? - İNANMAYACAQSINIZBanan dünyada dadına və qida dəyərlərinin zənginliyinə görə əhəmiyyətli meyvələrdən biri hesab edilir. Tropik ölkələrdə yetişdirilən banan bitkisi Ekvador, Kosta-Rika, Kolumbiya, Filippin və Hindistanda daha çox istehlak olunur. Hündürlüyü 8-9 metr olan ağac adlandırdığımız banan əslində çoxillik ot bitkisidir. Sarı rəngli meyvələri daha çox yayılsa da, qırmızı, çəhrayı, hətta bənövşəyi rəngdə növləri də mövcuddur. Banan həm təzə halda, bəzən qızardılmış və ya püre halında, eləcə də qurudulmuş, konservləşdirilmiş halda da istehlak edilə bilər. Bundan başqa, sirop, marmelad, banan unu və şərab istehsalında da geniş istifadə olunur.

Bəs bananın hansı faydaları var?

AQTA-da Lent.az-a verilən məlumata görə, banan haqqında bilmədiyimiz bir çox məlumatlar var. Belə ki, banan qidalandırıcı xüsusiyyətə malikdir. Lif baxımından zəngin olduğundan doyurucudur. Bananı yetişməmiş, az yetişmiş, yetişmiş və ya çox yetişmiş halda qəbul etmək olar. Tərkibində protein və karbohidrat olduğundan qida dəyərliliyi yumurtaya bərabər tutulur. Banan yetişdikcə tərkibində qlükozanın miqdarı artır. Yetişmiş banan meyvəsində 22 % - dən çox karbohidrat və liflər, kalium, manqan, A, B6, B12, C və E vitaminləri mövcuddur. Eyni zamanda banan enerji artırıcı bir meyvə kimi, xüsusilə iştahsızlıq halında, bədənin enerjisinin artması üçün ideal bir seçimdir. Kaliumla zəngin olması böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir. Yüksək kalium və az miqdarda duz tərkibli banan qan təzyiqinin tənzimlənməsinə də kömək edir.
Ürək və damar xəstəliklərinə də faydalı olub, bağırsaq problemlərində (ishal) sabitləşdirici xüsusiyyətə malikdir. Lakin bananın normadan artıq qəbulu qəbizliyə gətirib çıxarır.

Banan meyvəsində qana bənzər rəng dəyişikliyinin səbəbi nədir?

Son dövrlərdə bəzən banan meyvələrinin daxilində qırmızı ləkə müşahidə olunur. Sosial şəbəkələrdə belə bananla bağlı insanları qorxuya salan məlumatlara rast gəlinir. İddia edilir ki, həmin bananların tərkibinə QİÇS xəstələrinin qanı vurulub. Əslində isə bu göbələk və bakteriyaların səbəb olduğu fitopatogen xəstəliklərin əlamətidir. Xəstəliyin əsas əlaməti xaricdən normal görünən meyvə daxilində qırmızı-qəhvəyi rəng çalarlı quru və qırışmış lət hissəsinin əmələ gəlməsidir. Qeyd edək ki, sözügedən fitopatogen xəstəliklər yalnız bitkiyə ziyan vurur və insan sağlamlığı üçün heç bir mənfi təsiri aşkar edilməmişdir. Bananın çox tez xarab olma xüsusiyyəti olduğu üçün, soyulduğu anda istehlak edilməsi tövsiyə edilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1370   Tarix: 29 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022