İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu

İnsanın ölümünə 2-3 həftə qalmış nə baş verir? - Beynin sonrakı durumu"Ölümdən sonra həyat varmı?" sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.

Xəstə öləndən sonra delta dalğaları hələ də qeydə alınırdı. Delta dalğalar normal halda insan dərin yuxuda olarkən ortaya çıxır. Bu isə o deməkdir ki, beyin hələ də işləyir.

Kliniki ölüm keçirən beş adamdan biri o anlar nələr keçirdiyini danışıb. Bununla da həkimlər insanların beyinlərinin klinik olaraq öldükdən sonra da işə davam edə biləcəyinə dair elmi sübut tapıblar.

BiG.AZ xəbər verir ki, həkimlər xəstələrdən birinin ürəyi dayansa da, 10 dəqiqə ərzində beyin fəaliyyətinin davam etdiyini ortaya çıxarıblar. Kanadalı həkimlər bu hadisəni fövqəladə hal kimi xarakterizə ediblər.

Bununla yanaşı, alimlər ölümdən sonrakı həyatı araşdırmaq üçün bunun nə anlama gəldiyi barədə danışmağın tez olduğunu deyirlər.

2013-cü ildə ürəyi dayanan siçanlar üzərindəki təcrübə zamanı buna oxşar hadisə də baş verib. Araşdırmada siçanların beyin fəaliyyətinin öldükdən bir dəqiqə sonra davam etdiyi aşkarlanıb.

Ümumiyyətlə, ölüm hər zaman insanları qorxudur. Sevdiklərinizi qoyub getmək, etmək istədiklərinizi tamamlaya bilməmək və ya məlum olmayan yerə əbədi səfər etmək bir az ürküdücü gələ bilər. Bəs ölüm haqqında nə bilirsiniz?

Ölümə 3 həftə qalmış

Bir insan ölümünün yaxınlaşdığını fərq etməyə və onu qəbul etməyə başladığı zaman ətrafdan uzaqlaşır, bu halda isə dünyadan və dünyada olanlardan ayrılma prosesi başlayır. Dostları, qonşuları, qohumları və hətta ailə üzvlərinə belə biganə olur. Öz həyatları haqqında düşünüb-daşınarlar və xatirələri yada salırlar. Necə bir həyat yaşadıqlarını dəyərləndirir və peşmanlıqlarını düşünürlər. Ölmək üzrə olan insanların iştahı azalır, arıqlamağa başlayırlar. Bir zamanlar çox xoşladıqları şeylər ona artıq cazibədar gəlir, yeganə istəkləri yatmaq olur. Və bu başladıqları əbədi səfərin gözlənilən bir hissəsidir.

1-2 həftə qalmış

Bu səfər əsnasında insanlar adətən yatırlar. Kişilərdə orientasiya pozuqluğu baş verə və hissləri dəyişə bilər. Gizli düşmən qorxusu yaşaya, hətta sayıqlamalar yaşaya bilərlər. Bəzən gözəgörünməyən insanlarla danışa bilərlər. Danışılan adamisə adətən ölmüş insanlar olur. Həmin insanın getdikcə bu dünyadan uzaqlaşdığı müşahidə edilir. bir müddət sonra bədəndə bəzi ciddi dəyişikliklər baş verir:

* Bədən istiliyi aşağı olur

* Qan təzyiqi düşür

* Nəbz nizamsız olur, gah yavaşlayır, gah sürətlənir

* Tərləmə artır

* Dərinin rəngi dəyişir. Bu daha çox dodaqlar və dırnaq altında daha çox müşahidə edilir

Tənəffüsdə də dəyişikliklər yaranır. Tənəffüs daha sürətli və yorucu hal alır. Tıxanma meydana gələ bilər və bu da öskürəyə yol açır. Danışıq azalır və sonda tamamilə durur.

Ölümə bir neçə gün, ya da bir neçə saat qalmış

İnsan artıq ölümə doğru yaxınlaşır. Ölüm yaxınlaşdıqca enerji dalğası ortaya çıxa bilər. Yataqdan qalxıb ətrafındakılarla danışmaq, iştahsız keçən günlərdən sonra nəsə yemək istəyə bilərlər. Bu enerji dalğalanması insandan insana dəyişsə də, ölən insanın son fiziki ifadələri bunlardır: nəfəs daha nizamsız və ümumiyyətlə daha yavaş olur. sonra daha sürətlə nəfəs almağa başlayırlar və qəfil nəfəs kəsilir. Əllər və ayaqlarda bənövşəyi ləkələr ola bilər. Bunlar sonra yavaş-yavaş qollar və ayaqlara yayıla bilər. Dodaqlar və dırnaq altı göy rəngə çalır və ya bənövşəyi ola bilər.

İnsan heç nəyə cavab verməməyə başlayır və gözləri açıq və ya yarı açıq olmasına baxmayaraq ətrafı görə bilmir. İnanclara görə, bu anlarda ölmək üzrə olan insanların yanında sevdiyi insanlar oturmalı və onunla danışması tövsiyə edilir.

Ölümdən sonra saç və dırnaq uzanırmı?

Ölümdən sonra hər kəsi maraqlandıran mövzulardan biri də dırnaqlar və saçlardır. Öldükdən sonra saçlar və dırnaqlar uzanmır. Uzanırmış kimi görünə bilər, lakin bu, əslində su itirən dərinin geri çəkilməsi və büzüşməsi səbəbindən baş verir. /medicina.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3519   Tarix: 28 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489