Qısqanclıqdan Hökümə Qurbanovanı boşadı, səhnədə başından aldığı zərbə ölümünə səbəb oldu

Qısqanclıqdan Hökümə Qurbanovanı boşadı, səhnədə başından aldığı zərbə ölümünə səbəb olduDünən Xalq artisti Ələsgər Ələkbərovun doğum günü idi. BiG.AZ Kulis.az-a istinadən bu münasibətlə aktyor haqqında maraqlı faktları təqdim edir.

Ələsgər Ələkbərov 1910-cu il martın 26-da Bakının Buzovna kəndində anadan olub. Ailədə 3 qardaş, 4 bacı olublar. 8 yaşında Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu "aktyor" deyə çağırıblar.

***

Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir. 13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun dram dərnəyinə getməyə başlayır. Anası onun bu istəyinə qətiyyətlə etiraz etsə də Ələsgər fikrindən dönmür.

Aktrisa Hökümə Qurbanova ilə qonşu olublar. Aktyor Höküməni görən gündən ona vurulub. Anasını onlara elçi göndərib. Deyilənə görə guya o, özü də bu elçilikdə iştirak edib. Lakin, Hökümə xanımın anası elçilərə yox cavabı verərək deyir: "Sizin oğlunuz camaatın qabağına çıxıb mütrüflük edir, mən ona qızımı verə bilmərəm" söyləyir... İkinci elçilik də məyusluqla nəticələnir. Hökümə Qurbanova isə o biri otaqda ağlayıb deyirmiş: "Əgər məni Ələsgərə verməsəniz, kerosini üstümə töküb özümü yandıracağam..." Sonda razılıq alınır. 1933-cü ildə ailə qururlar. Nailə adlı bir qızları doğulur. Bir neçə ildən sonra isə cütlük qısqanclıq səbəbi ilə ayrılır.

Ayrılandan sonra hər iki sənətkar uzun illər bir-biriylə küsülü qalıblar. Yalnız "Qış nağılı" tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayanan obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra Hökümə Qurbanovaya yaxınlaşıb "sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm" - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır.

Ələsgər Ələkbərovun ikinci evliliyi Zoya adlı yəhudi qadınla, üçüncü evliliyi isə Janna adlı tatar qadınla baş tutur. İkinci evlilikdən aktyorun Ramiz adlı övladı doğulur.

***

Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub. "Otello" tamaşasındakı Otello obrazını da Ələsgərə Adil İsgəndərov tapşırıb.

1959-cu ildə Moskvada keçirilən ongünlükdə Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli olsa da, həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə ərizə yazaraq işdən çıxır. Sonralar hər ikisi etiraf edirlər ki, onların küskünlüyü Azərbaycan teatrı üçün baha başa gəlir.

***

Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ "Vaqif" tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qadam, mən ondan başqa Vaqif görmürəm - deyə cavab verib. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında "On sozdal menya" deyirmiş. Bir müddət sonra Adil İsgəndərov da teatrdan gedir. 1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar "İsgəndərovsuz teatr həmin teatr deyil" deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.

Sənət yoldaşı Leyla Bədirbəyli öz xatirələrində Ələsgər Ələkbərov haqqında yazır: "Bir qüdrətli sənətkar kimi ona qarşı çox haqsızlıqlar olmuşdu. Son vaxtlar xəstələnmişdi, tez-tez ürəyindən şikayət edirdi. Təəssüf ki, buna inanan çox az idi. Axşam "Alov" tamaşası olmalı idi. Tamaşaya iki saat qalmış xəbər gəldi ki, Ələsgər xəstələnib, həkimlər yataqdan qalxmağa icazə vermirlər. Teatra getdim, hamı həyəcan keçirirdi. Əlbəttə, hamıdan çox rejissor Mehdi Məmmədov narahat idi. Biletlər satılmışdı, tamaşanı təxirə salmaq olmazdı. Tamaşa başlandı. Kamalov rolunu Mehdi Məmmədov özü ifa etdi. Evə çatan kimi ona zəng vurdum. "Xəstədir, yataqdadır" - cavabını verdilər. Görünür, mənim zəng vurduğumu eşidib, dəstəyi aldı, ani sükutdan sonra zəif səsini eşitdim.

- Olmasın azar, sənə nə oldu, gözə gəldin? - deyə zarafat elədim.

- Az qala, getmişdim - dedi.

***

İki gün sonra "Kirpi" jurnalında onun ünvanına layiq olmadığı yazı yazılır: "Ələkbərovun nazına görə minlərlə tamaşaçı narazı getdi."

"Böyük dayaq" filmi çəkilərkən aktyorun böyrəklərində ciddi nasazlıq baş verib. Film boyu o, bir çox kadrlarda at üstündə olur. Lakin, Ələsgər Ələkbərovun böyrəkləri xəstə olduğu üçün at minə bilmir. Xeyli götür-qoydan sonra filmin operatoru çıxış yolu tapır: Çəkiliş meydançasına gətirilən yük maşınında yəhər quraşdırıb, çəkilişi aparmağa başlayır. Filmə baxanların da heç ağlına gəlmir ki, Rüstəm kişi atsız yəhərin üstündə çapır.

***

Deyilənə görə "Böyük dayaq" filmindəki Rüstəm kişi obrazında onu başından vurub Kürə atdıqları zaman, həqiqətən zərbənin ağırlığından başından zədə alıb. Amma həmin kadrda onun başına vurulan ağac olmayıb, yumşaq material olub.

Aktyor Rafiq Əzimovun dediklərinə görə, isə 1961-ci ildə SSRİ Xalq artisti adı alandan sonra həmin axşam Ələsgər Ələkbərov "Otello"nu oynayıb. Tamaşanın sonunda Otello yerə yıxılan zaman aktyor oyuna qapılıb özünü yerə möhkəm çırpıb və başı səhnənin döşəməsinə elə bir zərbə ilə dəyib ki, amfiteatrda əyləşənlər onun əks -sədasını eşidib: "Hamı özündən asılı olmayaraq heyrətlə ayağa qalxdı, elə bildik Ələsgərə nə isə oldu, pərdə dərhal bağlandı, sonra baş əyməyə gələndə gördük gülümsəyir, amma o zaman başı zədə almışdı".
Aktyorun səhnədə aldğı zədə onu ölümünə qədər müşayət edib.

Ələsgər Ələkbərovun tacir oğlu olması ona çox əziyyət verib. Sovet vaxtı, xüsusən 30-cu illərdə və təkrar 50-ci illərdə onun da həyatında bu baxımdan çox keçməkeşlər olub. Çətinliklər, qorxulu günlər, yuxusuz gecələr. Hər yeni tamaşanın premyerası olan gecə aktyorun gözünə yuxu getmirmiş. Hər an Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayıb.

1963-cü il yanvarın 31-i səhər saat 6 radələrində böyük sənətkar Ələsgər Ələkbərov dünyasını dəyişir. Ələsgər Ələkbərov 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa ilk məhəbbəti Hökümə Qurbanova və köhnə dostu Adil İsgəndərov da gəlir. Dərin kədər və düşüncələr içində...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2076   Tarix: 27 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960