Özünü ölkəsinin KRALI adlandırdı
Əfsanəvi isveçli futbolçu Zlatan İbrahimoviç DÇ-2022-nin seçmə mərhələsində Gürcüstanla oyunda millidə dönüşünü qeyd edib.
BiG.AZ Apasport.az-a istinadən xəbər verir ki, start heyətində meydana daxil olan 40 yaşlı forvard matçdakı yeganə qolun məhsuldar ötürməsini verib (1:0).
Qarşılaşmadan sonra veteran oyunçu instaqram səhifəsi vasitəsilə buna şərh gətirib. O, özünü İsveçin yeni kralı adlandırıb: "Karl XVII Qustav".
Qeyd edək ki, İsveçin hazırkı kralı XVI Karl Qustavdır.
BiG.Az


İdman Baxılıb: 383 Tarix: 26 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş