Portuqaliya millisinin baş məşqçisi Azərbaycanla matçdan DANIŞDI

Portuqaliya millisinin baş məşqçisi Azərbaycanla matçdan DANIŞDI"Azərbaycanla oyunda favorit olmağımızla razıyam".

BiG.AZ xəbər verir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Təcrübəli mütəxəssis DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: "Amma həmişə olduğu kimi rəqibə hörmətlə yanaşmasaq, oyuna yaxşı köklənməsək və bütün gücümüzü qoymasaq, problemlərimiz yarana bilər. Nəzəri cəhətdən hər şey gözəldir. Amma xallar meydanda qazanılır".

Santuş qarşılaşmanı finala bənzədib: "Sabahkı görüşə hazır olacağımıza şübhə etmirəm. Rəqib 35-40 metr aralığında toplaşacaq. Biz rəqibin kəskin əks-hücumlarında diqqətli olmalı və standart vəziyyətlərə fikir verməliyik. Futbolçularım millidə oynayanda yüksək motivasiyalı olur. Cəmi 8 oyunumuz var və hər biri finala bərabərdir".

Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 365   Tarix: 23 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş