Azərbaycanlı "Dəmir adam" Rusiyada döyüşə çıxır
Azərbaycanlı "Dəmir adam" ləqəbli döyüşçü Tural Rəhimov növbəti döyüşünə çıxacaq.
BiG.AZ-ın Oxu.Az-a istinadən verdiyi xəbərə görə, martın 26-da Rusiyanın Sankt-Peterburq şəhərində MMA üzrə "Absolute Championship Akhmat" təşkilatının ACA-120 turniri keçiriləcək.
Keçiriləcək 10 döyüş arasında azərbaycanlı Tural Rəhimov da oktaqona çıxacaq. O, Belarusu təmsil edən Apti Bimarzayevlə döyüşəcək.
Qeyd edək ki, Turalın bu döyüşədək 20 qələbəsi və 5 məğlubiyyəti var. Apti Bimarzayevdə isə 16 görüşdən qələbə ilə ayrılıb, 2 döyüşdə isə məğlub olub.
BiG.Az


İdman Baxılıb: 470 Tarix: 22 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş