Sinəsini güllə qabağına verən şəhid xanımlarımız

Sinəsini güllə qabağına verən şəhid xanımlarımızBu gün Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınları müxtəlif sahələrdə özlərini sübut ediblər, o cümlədən hərb meydanında da.

BiG.AZ Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan xanımların xatirəsini anır və Oxu.Az-a istinadən onlardan üçünün həyat hekayəsini təqdim edir.

Qaratel Hacımahmudova – kəşfiyyatçı

Q.Hacımahmudova 1948-ci ildə Qazaxın Aşağı Əskipara kəndində anadan olub.

O, 1962-ci -ci ildə Aşağı Əskipara kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976-1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının fəallarından olub.

O, Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Onun döyüşlərə qatılmasının tarixçəsi qardaşı ilə əlaqədardır.

1990-cı ildə kiçik qardaşı Hümbət Qaratel Hacımahmudovaya Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. Qaratel isə öz kəndlərinə gəlir və cavanlardan ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur.

O, döyüşçülərin yeməyini bişirir və paltarlarını yuyur. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirir ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə döyüşür. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçirlər. O, hərəyə bir avtomat və ümumi 2 ədəd qumbaraatan verilən 28 nəfərlik dəstədə döyüşür. Bütün çətinliklərə baxmayaraq, dəstə ermənilərin hücumunu dəf edə bilir.

1992-ci ilin iyunun 14-də səhər tezdən ermənilər növbəti güclü hücuma keçirlər. O, komandir Yaşar Qasımovun tağımında döyüşür. Tağım Fələməz adlanan mövqedə hər tərəfdən top və tank atəşinə tutulur. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirir. O, başqa səngərdən qumbaraatan mərmisini gətirir.

Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr edir. Lakin o geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur, ermənilər onu əsir götürürlər.

Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O, həmişə özü ilə köynəyinin yaxalığında zəhər gəzdirərdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurur. Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşidir. Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar.

Həmin ilin iyunun 26-da cəsədlər və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir.

Q.Hacımahmudova "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Digər qəhrəman Azərbaycan xanımı isə jurnalist Salatın Əsgərovadır

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. O, 1979-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib.

Nəticədə, 1984-cü ildə müqavilə ilə "Bakı" qəzetində, dörd il sonra isə "Azərbaycan Gəncləri" qəzetində işləməyə başlayıb. Salatın Əsgərovanın toxunduğu məsələlər Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı idi. Salatın tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.

Onun sonuncu yazısı Xocalıdakı xüsusi təyinatlı polis dəstəsinin fəaliyyətindən, çətin döyüş əməliyyatlarından bəhs edən "OMONçular" olub.

1991-ci il yanvarın 9-da içində Salatın Əsgərovanın da olduğu maşın erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında mühasirəyə düşüb. Maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə, Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

O, Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəhrəman xanımlarımızdan biri də İkinci Qarabağ Müharibəsində şəhid olan Arəstə Baxışovadır.

Arəstə Baxışova 1989-cu ilin mayın 4-də Xaçmazın Qımılqışlad kəndində anadan olub.

O, Azərbaycan Dövlət Pedaqoji Kolecində "İngilis dili" üzrə təhsil alıb.

Arəstə Baxışova Silahlı Qüvvələrin Hospitalında tibbi statist vəzifəsində, daha sonra isə Beyləqanda yerləşən "N" saylı hərbi hissəsdə çalışıb.

Azərbaycan Ordsunun çavuşu olan hərbi tibb qulluqçusu Arəstə Baxışova Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.

Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 08 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477