Kürdə batan şəxsin meyiti tapıldı – 36 gün sonra
Kürdə batan şəxsin meyiti tapılıb.
Bu barədə BiG.AZ–a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 31-də FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.
Axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
BiG.Az


Xəbərlər Baxılıb: 334 Tarix: 08 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş