Yol polisi qadın sürücüləri BELƏ TƏBRİK ETDİ - FOTO
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ölkə ərazisində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilir.
BiG.AZ-ın verdiyi xəbərə görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, bu məqsədlə sürücülərlə maarifləndirici söhbətlər aparılır və əməkdaşlar tərəfindən xanım sürücülərə hədiyyələr təqdim olunur. Xanımlar onlara göstərilən diqqətə görə yol polislərinə təşəkkürlərini bildiriblər.
Qurum rəsmisi qeyd edib ki, Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil olunan tədbirlər gün ərzində davam etdiriləcək.
BiG.Az


Maraqlı Baxılıb: 946 Tarix: 08 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş