Təhsil naziri 8 Mart münasibəti ilə paylaşım edib

Təhsil naziri 8 Mart münasibəti ilə paylaşım edibAzərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

BiG.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrulllayev "Facebook" səhifəsində bildirib.

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram", - nazirin bayram paylaşımında qeyd olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 411   Tarix: 08 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş