Hərbi komissar 8 Mart münasibəti ilə qadınlara maraqlı təklif etdi - VİDEO

Hərbi komissar 8 Mart münasibəti ilə qadınlara maraqlı təklif etdi - VİDEO8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edən Leninqrad vilayətinin hərbi komissarlığının əməkdaşı maraqlı təkliflə çıxış edib.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, hərbi komissarın müraciəti "leningrad_region" "Instagram" hesabında yayımlanıb.

O, qadınlardan xahiş edib ki, onlar keçmiş sevgililərinin "Instagram" hesablarının ünvanını şərh yerinə yerləşdirsinlər.

"Biz isə onları çağırış mərkəzlərində qarşılayacağıq. Unutmayın: əsl kişinin hərbi bileti olmalıdır!", - deyə Leninqrad vilayətinin hərbi komissarlığının vətəndaşlarla iş üzrə şöbə rəisi, polkovnik Yuri Xromov bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 602   Tarix: 08 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş