Məşhurların 8 Mart PAYLAŞIMLARI

Məşhurların 8 Mart PAYLAŞIMLARIBu gün 8 Mart Beynəlxalq Qadınlar günüdür.

BiG.AZ xəbər verir ki, şou-biznesin tanınmış simaları sosial şəbəkədə bunla bağlı paylaşım edərək, xanımlara təbrik ünvanlayıblar.

Xalq artisti Aygün Kazımova qadınları "Bir gün yox, hər gün sonsuz sevgi diləyirəm. Gözəl Azərbaycan xanımları, əziz analar, bayramınız mübarək" sözləri ilə təbrik edib.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə xanımlara "Qadınları anlatmağa kəlmələr, anlamağa da ömür yetməz! Dünyaya insan gətirən, cana can verən, güclü, zərif, gözəlliyin özü qadınlar, günümüz mübarək" sözlərini ünvanlayıb.

Xalq artisti Faiq Ağayev isə qadınları yayımladığı video ilə təbrik edib. O, "Əziz xanımlar, ömrünüz gül tək ətirli olsun, sığal görün, sevin və sevilin bu həyatda" sözlərini söyləyib.

Müğənni Gülay Zeynallı "Əziz xanımlar, sizə ilk növbədə Allahdan can sağlığı, xoşbəxtlik arzu edirəm. Biz xoşbəxtliyə layiqik. Analarımızın əllərindən, gənc qızların üzündən, körpələrin gözündən öpürəm. Sizi sevirəm, gözəl xanımlar" sözlərini yazıb.

Müğənni Zamiq Hüseynov isə paylaşımına "Allah bütün qadınları gözəl yaradıb. Hər bir qadının xoşbəxt olmaq haqqıdır. Heç bir qadın ağlamasın. Yalnız sevincdən ağlasın. Allah bütün qadınları xoşbəxt etsin, həmişə onların üzü gülsün, ana olsunlar. Onlar bizim analarımız, bacılarımız, övladlarımız və həyat yoldaşlarımızdır. Nə yaxşı ki varsınız, əziz xanımlar. Sizi ürəkdən təbrik edirəm, bayramınız mübarək" deyə, qeyd edib.

Aşıq Samirə Əliyeva xanımları "Daim bayram əhval-ruhiyyəsində, xoşbəxt olaq və bütün bunları sağlam canla yaşayaq. 8 mart bayramınız mübarək, əziz xanımlar" sözləri ilə təbrik edib./Axşam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1842   Tarix: 08 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

16:18 311
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1653
.

Xəyalə Manaflı həyat yoldaşı üçün mahnı oxudu - Video

Xəbər verdiyimiz kimi, ötən gün müğənni Xəyalə Manaflının toyu olub. Axşam.az xəbər verir ki, Nurlan adlı bəylə ailə quran sənətçinin özəl günündən görüntülər sosial şəbəkədə paylaşılıb. Gecədə diqqətçəkən məqamlardan biri də X.Manaflının həyat yoldaşı üçün mahnı oxuması olub. Qeyd edək ki, müğənni həya

18.04.2024 926
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

21:15 0
.

İlkin Həsəni xanımının gizli çəkdiyi videosunu paylaşdı

Aparıcı İlkin Həsəni bloger həyat yoldaşı Aysel Həsəni ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, həyat yoldaşının gizli videosunu çəkib. Görüntüləri instaqram hesabında paylaşan İlkin "Sevinir, instaqram profili bərpa olunub" sözlərini yazıb. Qeyd edək ki, Ayselin 342 minlik instaqra

18.04.2024 958
.

Həbsxanada evlənən müğənni: "Heç kimin bacarmadığını etmişəm"

"Mən heç nəyi gizlətmirəm. Kimsə mənə pis baxırsa, məni qınayırsa başına gələcək". Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Əminə Şirin deyib. İfaçı həbsxanadakı evliliyindən söz salıb:. "Həbsxanada olanda evliliyim olub. Sevmişəm, Allah qarşısında kəbinlə, dövlət qarşısında rəsm

18.04.2024 1383
.

Azərbaycanlı prodüserin qızı xərçəngdən vəfat etdi

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib. Axşam.az xəbər verir ki, 31 yaşı olan Nərmin uzun müddətdir xərçəngdən əziyyət çəkirmiş. O, ailə qurub və Almaniyada yaşayırdı. Vəziyyəti pisləşən Nərmini Azərbaycana gətiriblər. O, bu gün dünyasını dəyişib. Qeyd edək ki, Rövşən uzun illər mərhu

18.04.2024 1409
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 5644
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

14:56 649