"Kasıb sevgilini neynirəm?"
"Baba Ocağı" serialı ilə ulduzu parıldayan aktrisa Ceren Hindistan hazırda Maldiv adalarında istirahət edir.
BiG.AZ Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa istirahətdə çəkilən fotolarını tez-tez İnstaqram hesabında izləyiciləri ilə bölüşür.
Ötən gün isə sosial mediadan ona ünvanlana sualları cavablandıran Hindistan, müzakirələrə səbəb olub. Belə ki, istifadəçilərdən biri aktrisaya "Bilərəkdən varlı insanlarla sevgili olursan yoxsa təsadüfən" sualını verib. O, isə cavabında "Kasıb sevgilini neynirəm?" - deyib.
Onun bu sözləri sosial media istifadəçilərinin tənqidinə tuş gəlib. Onlar həyatda pulla ölçülməyən dəyərlər də olduğunu bildiriblər.(axşam.az)
BiG.Az


Şou biznes Baxılıb: 1429 Tarix: 07 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş