12 yaşlı qızı zorladığı üçün görün başına nə oyun açdılar: TÜKÜRPƏDƏN HADİSƏ - FOTO

12 yaşlı qızı zorladığı üçün görün başına nə oyun açdılar: TÜKÜRPƏDƏN HADİSƏ - FOTOPakistanın Multan şəhərində gənc bir kişiyə "intiqam üçün təcavüz etməlisən" əmri verdikləri iddia edilənlərin həbs müddəti uzadılıb. 20-yə yaxın şəxsin iştirak etdiyi cinayətin təfərrüatını təqdim edirik.

Milli.Az xəbər verir ki, polisdən BBC-yə verilən məlumata görə, tükürpədən hadisə "qurban"ın qardaşı başqa bir qıza təcavüz etdiyi üçün qısas məqsədilə törədilib. Yenə polisdən verilən açıqlamaya görə, "qurbanlar" həm də yaxın qohumdurlar.

Fransa xəbər agentliyi AFP-yə danışan polis rəsmisi Allah Bakş bildirib ki, "Jirga" (Tayfa Şurası) cəza olaraq 16 yaşlı bir qıza təcavüz edilməsi əmri verib. Səbəb odur ki, bu qızın qardaşı da 12 yaşlı bir qıza təcavüz etmişdi.

İlk təcavüzü həyata keçirən adam isə tapılmayıb.

BBC-yə danışan mənbələr isə hadisəni yumşaltmağa çalışaraq, "intiqam təcavüzü" əmrini verənlərin "Tayfa Şurası" deyil, iki ailənin bəzi üzvləri olduğunu bildirirlər.

Pakistanda yaşlı tayfa üzvlərindən ibarət icmalar var, bir növ ağsaqqallar şurası olan bu icmaların fəaliyyətləri adətən müxtəlif problemləri "həll etmək" olduğu bildirilir.

Pakistanda 2002-ci ildə də bir tayfa şurası 28 yaşlı Muhtaran Mai adlı qadına kütləvi şəkildə təcavüz edilməsi əmri də vermişdi.

Səbəb eynidir, "intiqam təcavüzü" - Muhtaran Mainin 12 yaşlı qardaşı bundan əvvəl yaşlı bir qadınla cinsi əlaqəyə girməkdə günahlandırılmış və bu səbəbdən onun özü Şuranın fətvası ilə kütləvi şəkildə zorlanmaya məruz qalmışdı.

Mai isə özünə təcavüz edənlərin əleyhinə cinayət davası qaldırmışdı. Amma Pakistan Ali Məhkəməsi məhkum edilən 6 nəfərdən beşinə verilən cəzaları ləğv etmişdi.

Zamanla mühüm insan hüquqları aktivisti olan Mai, Pakistanı tərk etməsi üçün edilən müraciətlərə baxmayaraq, ölkəsini tərk etməyərək kəndində məktəb tikdirmiş, həyat hekayəsi isə 2014-cü ildə Nyu-Yorkda nümayiş etdirilən "Barmaq izi" adlı operaya süjet olmuşdu.

12 yaşlı qızı zorladığı üçün görün başına nə oyun açdılar: TÜKÜRPƏDƏN HADİSƏ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2316   Tarix: 07 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 328
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 1161
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 282
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 111
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 183
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 286
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 264
.

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb

Omanda daşqın nəticəsində ölənlərin sayı 21-ə çatıb. xəbər verir ki, ölkənin Mahut və Səham əyalətlərində daşqınlar nəticəsində həyatını itirən 2 nəfərin cəsədinin tapıldığı bildirilib. Sel fəlakətində ölənlərin sayının 21-ə yüksəldiyi, itkin düşən iki nəfərin axtarış-xilasetmə işlərinin davam etdiy

18.04.2024 155