Kartof düzgün saxlanılmadıqda yaranan XƏSTƏLİKLƏR

Kartof düzgün saxlanılmadıqda yaranan XƏSTƏLİKLƏRKartof əhalinin qidalanmasında mühüm rol oynayan çoxillik ot bitkisidir. Kartofun tərkibində orta hesabla 76,3 % su, 23,7 % quru maddə, o cümlədən 17,5 % nişasta, 0,5 % şəkər, 1-2 % zülal, 1 %-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər vardır. Qeyd edək ki, 0-1° C temperaturda saxlandıqda tənəffüs ləngidiyindən kartof yumrularında 2-2,5 % şəkər toplanır, bu da ona şirin dad verir.

Kartofun keyfiyyəti onun sortundan, yetişdirildiyi şəraitdən, daşınma və saxlanma şəraitindən asılıdır. Kartof düzgün şəraitdə saxlanmadıqda orqanoleptik xüsusiyyətində və tərkibindəki qida maddələrində baş verən dəyişikliklərlə yanaşı, bir çox göbələk xəstəlikləri də yaranır.

Ən çox rast gəlinən göbələk xəstəliklərindən biri kartofun qara çürüməsidir. Xəstəliyin törədicisi olan göbələklərin inkişafı nəticəsində məhsulun üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Qeyd edək ki, Phoma andigena göbələyi kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, kiçik diametrli (2.5-10 mm) konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır.

Adi dəmgil də kartofda geniş yayılmış xəstəliklərdəndir. Streptomyces scabies göbələyi ilə yoluxma nəticəsində kartof yumrusunun səthində qeyri-düzgün formalı, diametri bir neçə millimetrdən 1 sm və daha artıq olan, getdikcə ölçüləri böyüyən və mantarlaşan yaralar meydana çıxır. Əsas zərər məhsulun istehlak keyfiyyətinin aşağı düşməsi ilə səciyyələnir. Belə ki, göbələklərin yaratdığı müxtəlif yaralar, ləkələr məhsulun əmtəəlik görünüşünün itməsinə, məhsuldarlığın kəskin azalmasına səbəb olur. Dəmgillə yoluxmuş kartof yumrularının cücərmə qabiliyyəti aşağı olduğundan əkin üçün də yararsız hesab edilir.

Qanqren (Phoma exigua var.foveata) xəstəliyinin törədicisi isə bitkinin ən çox gövdə və yumrularında inkişaf edir. Yoluxmuş kartof yumrusunda və gövdədə açıq-qəhvəyidən tünd-qəhvəyi rəngə qədər çaları olan piknidilər əmələ gəlir. Gövdədə xəstəliyin simptomları bitkinin çiçəkləmə fazasında uzunsov, qeyri-müəyyən ləkələrin formalaşması ilə müşahidə olunur. Sirayətlənmiş kartof yumrularını eninə kəsdikdə tünd haşiyəli, açıq rəngli toxuma müşahidə olunur. Bu simptom göbələyin ifraz etdiyi toksinin əlamətidir.

Fitoftora xəstəliyinin törədicisi Phytophthora infestans patogenidir. Xəstəliyin inkubasiya dövrü havanın istiliyindən asılıdır. Göbələyin mitselisinin inkişafı üçün minimal temperatur 1-3° C, maksimum temperatur isə 30° C hesab edilir. Fitoftora bitkinin həm yarpaqlarını, həm də yumrularını zədələyir. Sahələrdə əvvəlcə kartofların üzərində tək-tək (seyrək), yaxud külli miqdarda əzilmiş ləkələr əmələ gəlir. Ləkəli hissə kəsildikdə onların altında boz, yaxud qonurlaşmış sahələr görünür. Kartof anbarda saxlandığı dövrdə onun toxumasının zədələnmiş yerləri çürüməyə başlayır. Kəskin zədələnmələr zamanı kartofun səthi codlaşır, rəngi isə bozumtul-qonur olur. Qeyd edək ki, bu, göbələk pomidor və badımcanın da xəstəlik törədicisidir.

Kartof xərçəngi (Synchytrium endobioticum) məhsuldarlığın 40-60 %-dək azalmasına səbəb olur. Synchytrium endobioticum göbələyi kartof bitkisinin yumrularını, stalonlarını, bəzən gövdə və yarpaqlarını da yoluxdurur. Göbələk stalon və yumrularda açıq-qəhvəyidən tünd-qonur rəngə qədər müxtəlif ölçülü şişlər, fırlar əmələ gətirir.

Sürmə xəstəliyi (Thecaphora solani) ilə sirayətlənmiş bitkinin yerüstü hissəsində heç bir əlamət müşahidə olunmur. Xəstəliyə yoluxmuş kartof yumrularında çoxsaylı qəhvəyi və qara rəngli ləkələr müşahidə edilir. Ləkələrin diametri 1-4 mm-ə qədər olub, göbələyin spor yığımından ibarətdir. Yoluxmuş kartof yumruları bir müddət sonra qəhvəyi rəngli, tozabənzər, çoxsaylı spor yığımından ibarət kütləyə çevrilir.

Sadalanan xəstəliklərin kartofun keyfiyyətinə mənfi təsirinin qarşısını almaq üçün məhsulun saxlanma şəraitinə və temperatur rejiminə nəzarət olunmalıdır. Qeyd edək ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir. Kartofun qaranlıq yerdə saxlanması vacibdir. Məhsulu polietilen torbalarda da saxlamaq olmaz. Kartofu hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq lazımdır. Karton qutularda saxlandığı təqdirdə qutunun divarlarında hava dəlikləri açılmalıdır. Bundan başqa, kartofu rütubətli şəraitdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayacaqdır. Məhsulu mümkün qədər sərin və quru şəraitdə saxlamaq lazımdır. Qeyd edək ki, kartof saxlanan yerdə rütubət 85-90 % olmalıdır. Günəş işığı altında kartofun saxlanması üçün 21-22° C temperatur və 35 % - 43 % rütubət tələb olunur. Qaranlıq və havalandırılmayan otaq şəraitində kartofun saxlanması üçün 20-21° C temperatur və 55 % - 83 % rütubət təmin edilməlidir. Qaranlıq soyuducuda məhsulun saxlanması zamanı temperatur 4-6° C, rütubət 22 % - 39 %, işıq altında isə 22-23° C və 33 % - 47 % rütubət olmalıdır.

Məhsulun xarab olmasının qarşısını almaq üçün vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan zədə digərlərinin də çürüməsinə səbəb olacaqdır.(milli.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 896   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yemiş yeyənlər bu xəstəliklərdən uzaqdırlar

Yay aylarında qarpızdan sonra ən məşhur meyvə sayılan yemiş bədəni sərinlədir və rahatlıq verir. Yemişin tərkibi bol su ilə yanaşı, yod və xrom mineralları, A və C vitamini ilə də zəngindir. Yemiş gözdə katarakta yaranmasının qarşısını alır, hamiləliyi asanlaşdırır, immun sistemini gücləndirir, sidikqovucudur

15.08.2021 2008
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662