Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən həyəcan siqnalı

Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən həyəcan siqnalıKoronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha yoluxucu variantı tezliklə Almaniyada da dominant ştamma çevrilə, onun yayılmasını saxlamaq çətinləşə bilər. Bunu martın 5-də Robert Kox İnstitutunun rəhbəri Lotar Vieler deyib.

BiG.AZ virtual.org-a istinadən bildirir ki, hazırda B117 variantı Almaniyadakı yoluxmaların 40 faizindən də artığını təşkil edir. Cəmi dörd həftə öncə bu, 6 faizə yaxın idi. "B117-nin tezliklə Almaniyada dominant variant olacağı görünür və o zaman virusu nəzarətdə saxlamaq daha çətin olacaq. Çünki B117 bütün yaş qrupları üçün daha yoluxucu və daha təhlükəlidir",-Lotar Vieler bildirib.

Qeyd edək ki, hazırda koronavirusun üç yeni mutasiyası dünyada yayılmaqdadır. Bunlardan biri Britaniya ştammı, digərləri Braziliya və Afrika ştammları hesab edilir. Braziliya ştammı da daha yoluxucu və ölümcüldür. Bu ölkədə virusdan ölənlərin sayı hələ də yüksək olaraq qalmaqdadır. Ötən gün açıqlanıb ki, Çinin "Sinovac" vaksininin Braziliya ştammına qarşı təsiri praktiki olaraq yoxdur və bu pereparat virusa qarşı antitellər yarada bilmir.

Bu arada virusun dünyanı bürüməsindən bir ildən də çox vaxt keçdiyi bir vaxtda hələ də onun mənşəyini müəyyən edə bilmirlər. Yanvarda beynəlxalq ekspertlər qrupu Çinə səfərə getdi. Buna baxmayaraq, dünya COVID-19-un mənşəyini bilməyə qətiyyən yaxın deyil. Bunu da "Reuters" agentliyi pandemiya üzrə yeni təhqiqat aparmağa çağıran açıq məktub müəlliflərindən birinə istinadla yazır.

"Bir il öncəylə müqayisədə indi heç irəli getməmişik", - Avstraliyadakı Flinders Universitetində vaksinlər üzrə ekspert Nikolay Petrovski deyib. Martın 4-də dərc olunmuş açıq məktubu 26 qlobal ekspert imzalayıb.

Yanvarda Dünya Səhiyyə Təşkilatının (DST) seçdiyi alimlərdən ibarət missiya Çinin mərkəzindəki Vuhan şəhərinə yollandı. Koronavirusun məhz həmin şəhərdə peyda olduğu bildirilir.Amma missiya tənqid olunur, DST Çinin siyasi təsir altında olan ekspedisiya işləri və datasına həddən artıq etibar etməkdə suçlanır.

Missiya üzvləri deyirlər ki, Çin COVID-19-un ilk dəfə aşkarlanandan aylar öncə yayıldığını göstərə biləcək datanı verməyib. Açıq məktubda o da qeyd olunur ki, DST missiyasının COVID-19-un mənşəyi üzrə nəzəriyyələrin hamısını "hərtərəfli və məhdudiyyətsiz araşdırmağa mandatı, müstəqilliyi, gərəkən çıxışı olmayıb".

"Bütün imkanlar masa üstündə qalır və biz hələ onların hamısının kənarda qaldığı yeganə müstəqil elmi araşdırma görməmişik", - Petrovski vurğulayıb.

DST missiyasının Vuhana səfərinin yekun brifinqində missiya rəhbəri Piter Ben Embarek virusun Vuhanda laboratoriyadan sızması ehtimalını istisna etməyə çalışıb.Amma Petrovski deyir ki, həmin ehtimalı çıxdaş etməyin "heç bir mənası yoxdur"."Bizə açıq beyin lazımdır və əgər biz çox həssas hesab olunduğu üçün bəzi cığırları bağlayırıqsa, elm bu cür işləyə bilməz", - o vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1235   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!

Sizə "Lipotrim" arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın

23.08.2021 561
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Möcüzəvi meyvə: Xərçəng riskini azaldır, şəkəri salır

Çində həyat dərmanı olaraq tanınan innab saysız faydası ilə məşhurdur. Uzun illərdir şəfa qaynağı olaraq tanınan bu meyvənin yeni faydası öyrənilib. -a istinadən xəbər verir ki, innab yemək sizi bir çox xəstəliklərdən qoruyacaq. Tərkibi A və C vitamini boldur. Ürək sağlamlığı üçün xeyirlidir. Bağırsa

23.08.2021 1865
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941