İctimai nəqliyyat martın 9-dək işləməyəcək

İctimai nəqliyyat martın 9-dək işləməyəcəkBu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

BiG.AZ-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 307   Tarix: 06 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş