Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 62 nəfər ölüb.
BiG.AZ xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 11 302 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 7 711 nəfər sağalıb, ağır xəstə sayı isə 1 232 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 757 460 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 608 848 nəfər sağalıb, 28 901 nəfər isə ölüb.
BiG.Az


Xəbərlər Baxılıb: 536 Tarix: 05 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş