Qar yağacaq - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQMilli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 6-da cənub-qərb küləyinin əsəcəyi, arabir 15-20 m/s-dək güclənəcəyi, martın 7-də şimal-qərb küləyinin əsəcəyi, 20-25 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu 4-6 dərəcə enəcək.

Azərbaycanın rayonlarında martın 7-si axşamdan 9-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, martın 6-da arabir 18-23 m/s, martın 7-də 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 32-35 m/s-dək güclənəcək.

Havanın temperaturu 5-10 dərəcə enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6543   Tarix: 05 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş