SON DƏQİQƏ: Azərbaycanda yoluxmanın sayı daha da ARTDI

SON DƏQİQƏ: Azərbaycanda yoluxmanın sayı daha da ARTDIAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 012 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib, aktiv xəstə sayı 3235 nəfərdir.

Ölkədə son sutka ərzində 9183, hazırkı dövrədək isə 2 635 770 test aparılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3791   Tarix: 05 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş