Qeyri-adi optik illüziya insanları çaş-baş qoydu - VİDEO

Qeyri-adi optik illüziya insanları çaş-baş qoydu - VİDEOŞotlandiya sakini "havada üzən" nəhəng yük gəmisinin fotosu ilə insanları çaş-baş qoyub.

BiG.AZ xəbər verir ki, bu barədə "Unilad" xəbər yayıb.

Bildirilir ki, 23 yaşlı Kolin Makkalum Banf şəhərində səyahət zamanı Aberdinşir sahilində üzən qırmızı yük gəmisini görünür. O, bir neçə foto çəkərək sosial şəbəkədə paylaşıb.

"Bu gün Banfda əsl optik illüziyanın şahidi oldum", - deyə Kolin şərh yazıb.

Görüntülər sosial şəbəkədə qızğın müzakirələrə səbəb olub.

Belə ki, dəniz və səmanın oxşar rəng çalarlarına görə, gəmi sanki buludların üzərində hərəkət edir. Gəminin gövdəsi görünmür, buludların aşağı səviyyəsi isə suyun harada bitdiyini görməyə imkan vermir.

"İlk dəfə gəmini görərkən, səmimi olaraq elə düşündüm ki, o, havada üzür. Lakin sonra diqqətlə baxanda bunun möhtəşəm optik illüziya olduğunu gördüm", - deyə Kolin əlavə edib.Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1245   Tarix: 05 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş