Türkiyədə hərbi helikopter qəzası nəticəsində həlak olanların sayı artdı - FOTO
Türkiyədəki helikopter qəzasında ölənlərin sayı 10-a çatıb.
"Anadolu" Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən biri xəstəxanada vəfat edib.
Qeyd edək ki, qəzada həlak olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.
Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün "Twitter" səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb./Oxu.az
BiG.Az


Xəbərlər Baxılıb: 977 Tarix: 04 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş