Dəfn mərasimində COVID-19-a kütləvi yoluxma qeydə alındı

Dəfn mərasimində COVID-19-a kütləvi yoluxma qeydə alındıTürkiyənin Trabzon şəhərində dəfn mərasimində iştirak edən 100-ə yaxın kişidən 40-nın bir həftə sonra COVID-19-a yoluxduğu məlum olub.

Bu barədə "Demirören Haber Ajansı" (DHA) məlumat yayıb.

Hadisə ilə əlaqədar olaraq yerli qurumlar vətəndaşlara müraciət edərək dəfn mərasimlərinə, həmçinin başsağlığı vermək üçün nəzərdə tutulan qapalı məkanlara getməməyi tövsiyə edib./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1405   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş