İlham Əliyev Ərdoğana başsağlığı verib

İlham Əliyev Ərdoğana başsağlığı veribMartın 4-də Prezident İlham Əliyev Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu xəbərin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev baş vermiş bu faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, şəhid olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 502   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş