Samirə "Eurovision"a bu şərtlərlə gedəcək

Samirə "Eurovision"a bu şərtlərlə gedəcəkAvropa Yayım Birliyi (EBU) "Eurovision - 2021" üçün hazırlanan dörd əsas ssenari arasında "B" planını seçməyə məcbur olub.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb dünyada koronavirusun hələ də gündəmdə qalmasıdır. Yarışmanın ənənəvi qaydada keçirilməsi mümkün olmadığı üçün təşkilatçılar bütün səylərini "B" planına yönəldiblər. Bununla da, "Eurovision"un necə təşkil ediləcəyi ilə bağlı yekun qərar verilib.

Bu barədə yarışmanın icraçı məsləhətçisi Martin Österdahl məlumat yayıb.

"Müsabiqənin ruhu və ənənəsi Avropanı bir səhnədə birləşdirməkdir və biz buna Rotterdamda nail olmaq qərarındayıq. Bütün sənətçilərin Rotterdamda canlı ifa etdiyi təhlükəsiz bir yarışma keçirmək istəyirik", - deyə o bildirib.

Qeyd olunub ki, Azərbaycan təmsilçisi Samirə Əfəndi və digər iştirakçılar "Eurovision"dan 5 gün əvvəl Niderlanda gedərək karantində olacaqlar. Onlardan uçuşdan 72 saat əvvəl neqativ koronavirus test nəticəsini ("PCR" test- red.) təqdim etmələri tələb edilir.

İfaçılar lazım olmadığı təqdirdə qaldıqları oteldən kənara çıxa bilməyəcəklər. Yarışmanın bütün heyətindən mütəmadi olaraq test götürüləcək.

Media mərkəzinə 500 nəfər dəvət ediləcək, rəqəmsal mühitə 1000 işçi cəlb olunacaq.

Yarışmanın keçirildiyi "Ahoy Arena"nın tutumu kiçildiləcək, 1,5 metr məsafəyə riayət olunacaq. Buna baxmayaraq, yarışmada tamaşaçıların iştirak edib-etməyəcəyi barədə aprel ayının ortalarında məlumat veriləcək.

Qeyd edək ki, S. Əfəndinin "Eurovision" mahnısı martın ikinci həftəsində elan olunacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1799   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Miranda Kerr yenidən ana ola bilər

Model Miranda Kerr yenidən ana olmaq istədiyi deyib. xəbər verir ki, model sonuncu dəfə 6 həftə öncə uşaq dünyaya gətirib. "Heç vaxt heç vaxt demərəm" ,- deyə o bildirib. Qeyd edək ki, Miranda Kerrin Orlando Bloom ilə evliliyindən bir oğlu Spiegel ilə evliliyindən 3 uşağı var

16.04.2024 525
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1572
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. BİG.AZ -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzri

14.04.2024 1210
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14.04.2024 500
.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 585
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14.04.2024 779
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 358
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1096
.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 520