Gənc qız sevgilisini yataqda doğradı – Azərbaycanda QANLI CİNAYƏT

Gənc qız sevgilisini yataqda doğradı – Azərbaycanda QANLI CİNAYƏTLənkəranda sevgilisini bıçaqlamaqda ittiham olunan 1995-ci il təvəllüdlü Sevil Əsədovanın (ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Sevil Əsədova həmkəndlisi Faiq Balayevin aralarında olan sevgi və intim münasibətlər barədə başqa şəxslərə məlumat yaymasından şübhələnib. Bu səbəbdən ona ağır xəsarət yetirmək qərarına gəlib.

Sevil Əsədova 6 sentyabr 2019-cu ildə, saat 22 radələrində Faiq Balayevin yaşadığı Lənkəran rayonu Ləj kəndində fərdi yaşayış evinin otağında görüşərkən aralarındakı münasibətlər barədə digər şəxslərə məlumat verdiyi üçün ona etirazını bildirib.

Sevil Əsədova əvvəlcə yanında olan bıçaqla Faiqə bir dəfə, Faiq yataqdan durub otağın qapısını açmaq istəyərkən arxadan daha iki zərbə endirib.

Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Sevil Əsədova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevil Əsədovaya 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Faiq Balayev apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, Sevil Əsədovaya təyin olunmuş cəza ilə razı deyil. Qeyd edib ki, Sevil Əsədovanın məqsədi onu öldürmək olub.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə zərərçəkmiş Faiq Balayevin şikayəti qismən təmin olunub və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Sevil Əsədova barəsində təyin olunmuş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib. Cəzanın ümumi rejimdə çəkilməsi müəyyən edilib.

Sevil Əsədovanın barəsində həbs qətimkan tədbiri seçilib və cəzasının əvvəli 22 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2300   Tarix: 04 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 812
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 968
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 0
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

19.04.2024 187
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 0
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 260
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 247
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19.04.2024 503
.

İndoneziyada vulkan püskürməsi - VİDEO

İndoneziyada Rvanq vulkanı püskürüb. BİG.AZ xəbər verir ki, partlayışlardan sonra yüzlərlə insan ərazidən çıxarılıb. Həmin videonu təqdim edirik:

19.04.2024 143