DİM-dən müzakirələrə səbəb olan sualla bağlı AÇIQLAMA

DİM-dən müzakirələrə səbəb olan sualla bağlı AÇIQLAMAAli tәhsil müәssisәlәrinin vә Azәrbaycan Milli Elmlәr Akademiyasının magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanında bakalavrlara təqdim olunmuş bəzi test tapşırıqları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

BiG.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi bununla bağlı açıqlama yayıb. Bildirilib ki, DİM-in ekspertləri tərəfindən həmin tapşırıqlar yenidən araşdırılıb və onlarda heç bir elmi-metodik qüsur aşkar edilməyib:

"Ağacın yarpaqları ilə bağlı test tapşırığının məzumunu sosial şəbəkələrdə təhrif edilmiş formada təqdim edilib.

Xatırladaq ki, məntiqi təfəkkürün yoxlanılması ilə bağlı test tapşırıqları ilə bakalavrların praktiki riyazi təfəkkürünün inkişaf səviyyəsi, ədədlər arasındakı qanunauyğunluğu aşkaretmə qabiliyyətləri, sözlə ifadə olunmuş məlumatı təhliletmə, sintezetmə, müqayisəetmə, ümumiləşdirmə, mücərrədləşdirmə, müxtəlif sözlərin istifadəsində incəlikləri hissetmə və digər bacarıqları yoxlanılır.

Dünya praktikasında olduğu kimi, DİM-in istifadə etdiyi test tapşırıqları da cəmiyyət həyatının müxtəlif sahələri, təbiət hadisələri, canlı aləm, insan və onu əhatə edən ətraf mühit və digər mövzular əsasında qurula bilər və burada qeyri-adi heç bir şey yoxdur.

Məlum olduğu kimi, məntiqi təfəkkürü yoxlayan testlərdən maksimal olaraq 50 bal toplamaq mümkündür. Bu imtahanda 4 nəfər məntiq üzrə təqdim olunan bütün suallara düzgün cavab verib.

İmtahan iştirakçılarının yarısı məntiqi təfəkkürü yoxlayan testlər üzrə 26 baldan yüksək nəticə göstərib (median göstəricisi 26.96-ya bərabər olub). Bakalavrların nəticələrinin qənaətbəxş olduğunu söyləyə bilərik.

Sosial şəbəkələrdə daha çox müzakirə olunan ağacın yarpaqları ilə bağlı olan sualı və onun həll yollarını təqdim edirik.

Qeyd edək ki, imtahanda namizədlərə aşağıdakı mətn əsasında 3 ayrı test tapşırığı verilmişdir. Hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir. Yəni bakalavrlar bir mətn əsasında tərtib olunmuş 3 sualdan 3 bal toplamaq imkanına malikdirlər.

Bu tapşırıq bir riyazi məntiq məsələsidir və burada yarpağın natural ədədlərlə verilmiş sayına fikir verib onu həll etmək lazımdır, nəinki tapşırığı yersiz tənqid etmək.

"Ağacdan qopan yarpaqların bir hissəsi təmiz skamyaya, bir hissəsi ağacın yanından axan çaya, qalan hissəsi isə otların üstünə tökülmüşdü. Çaya tökülən yarpaqların 1/3 hissəsi çaydakı daşlara ilişmiş, qalanını su aparmışdı. Otların üstünə tökülmüş yarpaqlardan rəngləri qırmızı olanların sayı tək ədədlə ifadə olunurdu və onların sayı sarı rəngdə olanların sayından az, yaşıl rəngdə olanların sayından çox idi. Sonradan əsən külək ağacdan daha 6 yarpaq qoparır və otların üstünə tökür. Həmin külək skamyaya düşmüş yarpaqların 60%-ni sovuraraq yarısını otların üstünə tökür, digər yarısını isə çaydakı daşlara ilişmiş yarpaqların 1/4 hissəsi ilə birlikdə axan çaya qovuşdurur".

1-ci test tapşırığının sualı:

Yarpaqlardan ən azı neçəsini su aparıb?

Test tapşırığının həlli:

Suyun apardığı yarpaqlar:

a. skamyaya düşmüş yarpaqların 60%-nin yarısı, yəni skamyaya düşmüş yarpaqların 30%-i ;

b. çaya tökülən yarpaqların 1/3 hissəsinin (çaydakı daşlara ilişmiş) 1/4 hissəsi, yəni çaya tökülən yarpaqların 1/12 hissəsi (1/3 x 1/4 = 1/12);

c.çaya tökülən yarpaqların 2/3 hissəsi (tökülən kimi suyun apardığı yarpaqlar) (1-1/3=2/3).

a. 30%-i tam ədəd olan ən kiçik ədəd 10-dur. 10x0,3=3 yarpaq.

b. 1/12 hissəsi tam ədəd olan ən kiçik ədəd 12-dir. 12x1/12=1 yarpaq.

c. 12x2/3=8 yarpaq.

Suyun apardığı ən azı 3+1+8=12 yarpaq ola bilər.

2-ci test tapşırığının sualı:

Ağacda ən azı neçə yarpaq var idi?

Test tapşırığının həlli:

Ağacda olan yarpaqlar:

a. skamyaya düşənlər - ən azı 10 yarpaq (30%-i tam ədəd olan ən kiçik ədəd 10-dur) ;

b. çaya tökülənlər - ən azı 12 yarpaq (1/12 hissəsi tam ədəd olan ən kiçik ədəd 12-dir) ;

c. otların üstünə tökülənlər - ən azı 8 yarpaq, yəni 1 yaşıl, 3 qırmızı və 4 sarı (qırmızıların sayı tək ədədlə ifadə olunur və onların sayı sarıdan az, yaşıldan çoxdur);

d. sonradan əsən külək nəticəsində ağacdan qopan daha 6 yarpaq.

Ağacda ən azı 10+12+8+6=36 yarpaq ola bilərdi.

3-cü test tapşırığının sualı:

Aşağıdakılardan hansını(ları) müəyyən etmək mümkündür?

I. Çay daşlarına ilişib qalan yarpaqların sayını

II. Otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayını

III. Ağacda olan yarpaqların maksimum sayını

Test tapşırığının həlli:

I. Çay daşlarına ilişib qalan yarpaqların sayıni müəyyən etmək mümkün deyildir, çünki 1/12 hissəsi tam ədəd olan ədədlərin sayı sonsuzdur (12, 24, 36, 48 və s.);

II. Otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayı 1-dir.( 1 yaşıl, 3 qırmızı və 4 sarı);

III. Ağacda olan yarpaqların maksimum sayını müəyyən etmək mümkün deyildir, çünki onların sayı sonsuz ola bilər (məsələn: 36, 72 , 108 və s.).

Beləliklə, yalnız otların üstündə qalan yaşıl ağac yarpaqlarının minimum sayını müəyyən etmək mümkündür (bax: II bənd)".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 479
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 757
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 434
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 163
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 288
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 771
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 677
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 234
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 146