DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA - FOTO

DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA - FOTODaxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi "Facebook" səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır, həqiqəti əks etdirmir.

Xatırladaq ki, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin rəsmi hesabından vətəndaşa "bir öz vidinə bax, sonra nəsə yaz" tipli cavab yazıldığını iddia edən foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.

DİN-dən vətəndaşa kobud cavab verilməsi iddiası ilə bağlı AÇIQLAMA - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 677   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş