Bu qorxunc suala cavab verənlərə 1 MiLYON DOLLAR VERİLƏCƏK - FOTO
ABŞ-ın Los-Anceles şəhərindən olan 75 yaşlı iş adamı Robert Biqelou uğurlu otel və aerokosmik biznesinə malikdir. Ötən ilin yay aylarında o, yeni bir layihəyə start verərək Şüürun Araşdırılmsı İnstitutu yaradıb.
BiG.AZ xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Daim yad sivilizasiyaların mövcudluğu ilə maraqlanan Biqelou bu addımı gəlir əldə etmək üçün atmayıb. Uşaqlıqda ailəsi ilə avtomobildə gedərkən o, gözqamaşdıran parlaq bir obyektlə qarşılaşıb. Ailə üzvləri çox qorxub təəccübləndikləri üçün sonralar bu mövzuya qayıtmaq istəməyiblər, lakin həmin vaxtdan Biqelou qeyri-adi hər şeyə maraq göstərir.
Həyat yoldaşı xərçəngdən öldükdən sonra o, sözügedən institutu yaradıb.
Tədqiqat mərkəzinin vəzifəsi insan şüurunu araşdırmaqdır. Bədənin ölümündən sonra şüuru sağ saxlamaq üçün nələrin edilə biləcəyi barədə suala cavab axtarılır.
2021-ci ilin fevralında iş adamı"Ölümdən sonra həyat varmı?" sualı ilə bağlı yarışma elan edib.
Yarışmanın mahiyyəti ölümdən sonra insanın şüurunu qorumaq imkanı mövzusunda 25.000 sözdən ibarət material yazmaqdan ibarətdir.
Nevrologiya və psixologiya sahəsində elmi dərəcəsi olan hər kəs müraciət edib cavablandıra bilər.
Birinci yerin sahibi 500 min dollar qazanacaq, ikinci yer üçün 300 min dollar, üçüncü yer üçün isə 150 min dollar nəzərdə tutulub.
Natəvan Baxşiyeva
BiG.Az


Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş