Bayram yarmarkaları təşkil olunacaq? - AÇIQLAMA

Bayram yarmarkaları təşkil olunacaq? - AÇIQLAMAMəlumdur ki, bütün bayramlarda bayramqabağı ənənəvi olaraq yarmarkalar təşkil olunur. Təbii ki, bu yarmarkaların keçirilməsi insanların bayram alış-verişini daha sərfəli etmələrinə şərait yaradır. Bəs görəsən, bu il bayram yarmarkaları təşkil olunacaqmı?

Bununla bağlı iqtisadçı-ekspert Akif Nəsirli BiG.AZ-a açıqlama verib.

"Əslində bayram yarmarkaları hər il təşkil olunmalıdır. Hələki bununla bağlı rəsmi açıqlama yoxdur. Amma hesab edirəm ki, kənd təsərrüfatı məhsullarının yarmarkası təkcə bayramlarda deyil, ilboyu keçirilməlidir.

Çünki hazırkı məqamda sosial vəziyyəti aşağı olan insanların bir qədər ucuz məhsul əldə etməsi üçün yarmarkaların təşkili vacibdir".

Aysel Səmədli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 549   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş