Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ - Çayxanada boğazını kəsdi - VİDEO

Arvadından şübhələnən ərin dəhşətli CİNAYƏTİ - Çayxanada boğazını kəsdi - VİDEO2018-ci il oktyabrın 19-u saat 14 radələrində Xətai rayonunda fəaliyyət göstərən çay evindən xəstəxanaya kəsilmiş-deşilmiş xəsarətlərlə Günel Məmmədova daxil olub.

BiG.AZ BAKU.TV-yə istinadən xəbər verir ki, yaralı həkimlərin səyi nəticəsində xilas olunub. Hadisədən bir saat sonra qadını bıçaqlayan şəxs Nizami RPİ 24-cü PŞ-nə gələrək təslim olub və cinayət törətdiyini bildirib. O, aidiyyəti üzrə Xətai RPİ 36-cı PB-nin əməkdaşlarına təhvil verilib.

İlkin olaraq İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Məlum olub ki, Şəki rayonunda qeydiyyatda olan Rəcəb Məmmədov Bakı şəhərinin Nizami rayonunda yaşayıb, yük daşıma xidmətində sürücü işləyib.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Rəcəb Məmmədov bildirib ki, ərindən boşanan, 2 uşağı olan Günel Adıgözəlova ilə 2013-cü ilin yayında Bakı şəhərində tanış olub. 2018-ci ilin yanvar ayında rəsmi nikaha daxil olduqdan sonra Günel "Məmmədova" soyadını qəbul edib. Həmin vaxt onlar Babək prospektində kirayədə yaşayıblar. Günelin atası ilə anası da həmin mənzilə köçüblər.

Maddi vəziyyətlərinin ağır olduğunu söyləyərək işləmək istədiyini bildirən Günellə həmin ilin oktyabr ayında münasibətləri korlanıb. Qısqandığına görə arvadının kişilər yığışan yerdə xadimə və ya ofisiant işləməsinə razı olmayıb. Telefon danışıqlarına qulaq asdığına görə aralarında tez-tez mübahisələr olub. Bir müddət sonra Günel ondan boşanmağı tələb edib, oktyabrın 15-də evdən şəxsi geyim əşyalarını götürərək gedib.

4 gecə idarə etdiyi yük maşınında yatıb, həmin günlər ərzində dəfələrlə zəng etsə də, yoldaşı əksər vaxtlar zənglərinə cavab verməyib, cavab verdikdə isə onu təhqir edib. Günelin başqasını sevdiyini fikirləşib, onu güdmək qərarına gəlib. Oktyabrın 19-da işdən icazə alıb səhər saatlarında yaşadığı binanın qarşısına gəlib və arvadının mənzildən çıxmağını gözləyib. Saat 10 radələrində Günelin arxasınca "Şəhrizad" çay evinə gəlib.

Ümumi zalda masanın arxasında tək əyləşən Günelə yenə yaxınlaşıb, "kişilərin yığışdığı yerdə işləməsinə icazə vermədiyini" söylədikdə arvadı ona "sən kişi deyilsən, ailəni dolandıra bilmirsən" sözlərini deyib, onu təhqir edib.

Oradan çıxıb təxminən 1 saata yaxın küçədə dayanıb, Güneli qorxutmaq üçün yaxınlıqdakı məişət malları mağazasından bıçaq alaraq gödəkçəsinin iç cibinə qoyub və çay evinə qayıdıb, kabinetdə oturan yoldaşından evə getməsini xahiş etsə də, Günel orada işləyəcəyini bildirib. Sağ əli ilə gödəkçəsinin cibindən bıçağı çıxardıb, onun qarnından 2 dəfə zərbə vurub və ardınca boğazını kəsib. Daha sonra oradan çıxaraq polisə təslim olub.

Məhkəmə iclasında Rəcəb Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Günel Məmmədova təqsirləndirilən şəxsi bağışladığını bildirib.

Məhkəmə hesab edib ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda "xüsusi amansızlıq" əlaməti məhkəmə istintaqı zamanı öz təsdiqini tapmayıb.

Məhkəmə onun əməlini CM-nin 29,120.2.4-cü maddəsindən CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Məmmədovun himayəsində azyaşlı uşaqların olması, polisə könüllü təslim olması, əvvəllər məkum olunmaması və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov (1987-ci il təv.) 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2006   Tarix: 03 mart 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Bu məktəbdə yoxlama aparıldı - Direktor işdən çıxarıldı

Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Qaynarinfo xəbər verir ki, bununla bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən

11:22 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0